Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məmurlar müğənnilərə niyə tamah salır?” – Həftənin sitatları


Yevda Abramov: “Əslində bizi, xalqı fırladırlar. Cənab prezident gecə-gündüz çalışır, amma məmurlar çətinliyə salırlar insanları”


Akif Çovdarov : “Cənab hakim, idman aləmində idman ustası və əməkdar idman ustası kimi adlar var. Burada çıxış edən zərərçəkmişlərin çoxu əməkdar dələduzluq ustalarıdır”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Təəssüflə qeyd etməliyik ki, dünyada dinc birgəyaşayış normalarının pozulmasına rəvac verən ksenofobiya, ekstremizm, dini ayrı-seçkilik və terrorizm kimi hallar getdikcə artır. Qlobal təhlükəsizliyə zərbə vuran bu cür qorxulu meyillər hərbi toqquşmaların yaranmasına, mədəniyyət abidələrinin dağıdılmasına, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə və mənəvi aşınmaya səbəb olur”.

ABŞ prezidenti Donald Tramp: “Mən səmimi şəkildə inanıram ki, mənim adminstrasiyamın yüz günlük fəaliyyəti ölkə tariximizin ən uğurlu səhifəsidir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Türkiyəyə qarşı qəbul edilən qərara tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”.

Fransa prezidenti Fransua Olland: “Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur”.

NATO-nun baş katibi Yens Stoltenberq: “Şübhəsiz ki, NATO Türkiyəsiz zəif olacaq. Türkiyə bir çox səbəblərə görə NATO-nun mühüm müttəfiqidir”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır”.

ABŞ prezidenti Donald Tramp: “Mən bu gün Vaşinqton bataqlığından 100 mil kənarda yüzüncü günümü sizlərlə, minlərlə gözəl və sadə insanlarla qarşılaşdığıma görə çox xöşbəxtəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Biz NATO-da birlikdəyik. Onda niyə terror qruplaşmalarından yardım istəyirik. Terrora qarşı mübarizədə hər cür koalisiyada təmsil olunmağa hazırıq. Ancaq terror qruplaşmaları ilə əsla bir yerdə ola bilmərik. Çünki onlar bizim can düşmənimizdir. Türkiyə əvvəllər olduğu kimi, Atlantik okeanının hər iki sahilində güclü və etibarlı bir ortaqdır. İttifaqa yeni güc vermək isə hamımızın bu mərhələdəki gücünə bağlıdır”.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov: “Bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən məkandır”.

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov: “Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.

Türkiyənin baş naziri Binəli Yıldırım: “Biz Avropa İttifaqını bizim mümkün üzvlüyümüzlə bağlı məsələdə dürüst olmağa çağırırıq. İlk əvvəl onlar özləri üçün aydınlaşdırmalıdırlar ki, biz bu ittifaqda görmək istəyirlər, ya yox. Əvvəl onlar özləri bu qərarı həll etsinlər, sonra biz hələ baxarıq”.

Rusiya xarici işlər naziri Sergey Lavrov: “Biz ATƏT tərəfdən Dağlıq Qarabağ, Denstryanı münaqişələrin həllinə yardım etmək təşəbbüsünü görürük”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova: “Adicə bir gilas çiçəyinin qoxusu, su şırıltısı, uşaq vaxtı əlimizin üstündə uçurduğumuz qırmızı böcək məni kövrəldə bilir. Yenə deyirəm, yanlış fikirdir ki, siyasət insanı sərtləşdirir, insanlıqdan çıxarır. Necə ola bilər ki, sən bir şəhid anasını qəbul edəsən, dərdini dinləyəsən və kövrəlməyəsən? Mümkün deyil. Amma ona ürək-dirək vermək, rahatlatmaq üçün məcbursan ki, hisslərini cilovlayasan”.

Yazar Aysel Əlizadə: “Hər kəsin Rusiyanı xilasedici rolda çıxış edəcəyini gözlədiyi bir vaxtda, öz haqqının qaytarılması üçün ona üz tutan tərəfə kömək etmək yerinə, hücuma keçməsi yalnız öz imicinə ziyandı. Düşməncə münasibət müasir dönəmdə, elektron informasiya zamanında sivil dövləti yaxşı göstərmir. Hər kəsdə özünə qarşı nifrət yaratmaq Rusiyaya nə verir? Yəqin bu sualdan sonra Zaxarova ətəyini başına çəkərdi...”.

Mingəçevirdə yerləşən Heydər məscidinin axundu Hacı Ələmdar: “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin. Kimləsə evləndirsin. Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil”.

Azvision.az sayının baş redaktoru Vüsal Məmmədov: “İnsan elm stəkanından bir qurtum içəndə ateist, axıra qədər içəndə isə dindar olurmuş. Pah atonnan, ətrafda elm stəkanını dibinə qədər içən nə qədər adam varmış!..”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov: “Kimsə evini girov qoyub, kredit götürür və yas məclisini yola verir. Ya da qəbir daşının hazırlanması üçün evini girov qoyub kredit götürənlər var. Onlar düşünür ki, eldən seçilməməlidir. Bundan başqa digər formada borca girənlər var”.

Mətbuat Şurası: “Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir”.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov : “Cənab hakim, idman aləmində idman ustası və əməkdar idman ustası kimi adlar var. Burada çıxış edən zərərçəkmişlərin çoxu əməkdar dələduzluq ustalarıdır”.

Tanınmış jurnalist Azər Sarıyev:Mətbuat Şurasının şikayətləri araşdıran komissiyasına hüquq-mühafizə orqanları təmsilçilərinin daxil edilməsindən mediadan çox məmurlar narahat olmalıdırlar. Nəzərə alsaq ki, "reket" adlandırılan media bir çox hallarda havadan yazmır və ona verilən kompramatları işıqlandırır. Bu dəfə onların işini araşdıran hüquq-mühafizə orqanları olacaq, jurnalist yox. O zaman həmin məmurun iki yolu qalır: Ya "reket" media ilə "işləməl", ya da Mətbuat Şurası ilə.

Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova: “Kimsə “soyqırım” sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, “olub-olmayıb”, müzakirələri aparır. Rusiyanın Dövlət Duması hələ 1995-ci ildə “Erməni xalqının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə soyqırımının pislənməsi haqqında” qərar qəbul edib. BMT-nin Nyu-Yorkdakı binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Oraya girdim. Bu gün harada olmağımızdan asılı olmayaraq qəlbim erməni xalqı ilədir”.

PİA.AZ-ın baş redaktoru Azər Qaramanlı: “Dövlət o zaman dövlət olur ki, hər zaman zor tətbiq etmək və cəza vermək monopoliyasını özündə saxlayır. Bu monopoliyaya heç kəsi və dövlətdən kənar heç bir qurumu şərik etmir. Dövlət yaranan gün  bu prinsiplə yaranıb və müasir hüquqi dövlət anlayışı da bu fəlsəfə üzərində təşəkkül tapıb. Hazırkı durumda isə sanki Mətbuat Şurası dövlətin zor tətbiq etmək və cəza vermək monopoliyasına şərik olur.”.

Politoloq Nəsimi Məmmədli: “Ölkəmizin demokratik gələcəyi ilə bağlı məsələlərdə Fransanın yeni prezidentinin xüsusi təşəbbüslərinin olacağını güman etmirəm”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov: “Elçibəy indi də müzakirə olunur. Əbülfəz Elçibəy yaxşı insan idi. Alim kimi yaxşı alim olub. Vətənini, xalqını sevən bir insan olub. Amma idarəçilik sistemində olmadığına görə, siyasi təcrübəsi yox idi. Bu da başa düşüləndir”.

Jurnalist Anar Gəraylı: “Halal turizm çərçivəsində otellərdə siğə eləmək üçün molla ştatı yaradılsın. İslam universitetinin tələbələrinə də yeni iş yerləri açılmış olar”.

Əməkdar artist Əli Mirəliyev: “Deyirlər ki, nəyə görə məmurlar müğənnilərə tamah salır? Kimə salsınlar mənə? Mən onların nəyinə lazımam, sənət onların nəyinə lazımdır. Onlara siz də bilirsiniz ki, nə lazımdır. Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar, açıq-saçıq şeylərdən danışırlar. Onlar bunu kimin üçün edirlər? Ancaq məmur, biznesmen və deputatlar üçün. Özlərini açıb, pullu kişilərə göstərirlər. Bir də görürsən cavan qız çıxır efirə, heç oxuya bilmir. Amma görünüşü qəşəngdir. Pullu kişilər, məmurlar deyir o müğənninin, o qızın nömrəsini tapın gətirin bağ evimə. İki aydan sonra həmin qızın bahalı maşını olur. Mən 50 ildir oxuyuram heç maşınım yoxdur. Bizdə bu dəqiqə belədir, bu gün efirə çıxıb, özünü açıb-göstərən, sabah 100 minlik avtomobil sürür”.

Tanınmış jurnalist Azər Sarıyev: “Mollaların əksəriyyəti məclislərdə (əsasən Mərkəzi Aran rayonlarında və cənub bölgəsində) İran dövlət quruluşunu və qanunlarını təbliğ edərək dolayısı ilə Azərbaycan Respublikasında konstitusiya ilə təsbit olunmuş dövlət quruluşuna qarşı çıxır”.

Əməkdar artist Elza Seyidcahan: “Kəlamda var ki, heyvanları cüt saxlayın. Heyvanlara yanaşma tərzi hər kəsin şəxsi işidir. Görəsən bu toy sahibi insanlardan bezdimi? Yoxsa “insanlardan daha çox onlara önəm verirəm” demək istədi? Bəlkə də bu mesajı vermək istəyir ki, heyvanlardan öyrənin, ey eynicinslilərlə evlənən cəzalılar… Mən toyda iştirak edərdim. Əgər qarşılığında “Heyvanlarla insanlar” adlı gözəl bir layihəmə sponsorluq edərlərsə...”.

Jurnalist Farahim İlqaroğlu: “Yasamalda ağacları kəsdilər, bina tikəcəkdilər ki, mətbuat işə qarışdı. Məlum oldu ki, ağac soyqırımına sərəncamı Hacıbala Abutalıbov verib. İndi bizim çatlaq mer, günahını “yuyur”, ərazidə park saldırır”.

Millət vəkili Yevda Abramov: “Sahil” qəsəbəsində valtyutadəyişmə məntəqsəində işləyən insanlar evlərində bu günün özündə də dollar dəyişirlər. Novxanıda belə insanlar qəza xidmət maşınlarında dollar dəyişirlər. Bunu elə valyutadəyişmə məntəqələrində dəyişmək olamzdım? Oyun oynadırlar, insanları fırladırlar. Əslində bizi, xalqı fırladırlar. Cənab prezident gecə-gündüz çalışır, amma məmurlar çətinliyə salırlar insanları”.

“Skrom.net” saytının baş redaktoru Çingiz Özgür: “Mən bütün hallarda reket jurnalistika ilə mübarizəni dəstəkləyirəm.  Mətbuat Şurası hansı formada  mübarizə yolunu seçirsə, seçsin. Yetər ki, bu yolda səmimi olsunlar”. 

Millət vəkili Zahid Oruc: “Adamda belə təsəvvür yaranlır ki, manatın kursu kabinetdə müəyyənləşir. Biz dərman bazarına müdaxilə edə bilirik, etiraz edirik, ancaq belə çıxır ki, valyutanın kursunda belə sürətli sıçrayışlar normaldır”.

Modelyer Nur Yerlitaş: “Mən həyatım boyu gözəl bədən ölçüləri olan qadınlar üçün paltar tikdim. Əslində isə mən öz xəyallarımda olan, geyinmək istədiyim, amma bədən ölçülərimin buna imkan vermədiyi libasları yaradırdım. Bəlkə də zərif, arıq olsaydım, heç vaxt belə modellər düşünə bilməzdim”.

Yazıçı Sərif Ağayar: “Bir qəpik qazanmadığı halda israrla yazıb-yaradan yazıçını ağıllı saymaq olarmı?”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Müstəqillik dövrümüzün ilk və son milyardıncı ton nefti 2026-cı ildə gözlənilir”.

Millət vəkili Yevda Abramov: “Qara bazarı” öldürmək üçün atılan addımlar bizə xeyir vermədi, insanlar incidildi, vəsait itkiləri oldu.

Araşdırmaçı-yazar Guntay Gencalp: “18 yaş öncəsində cocuqlara Sabirin şeirlərini oxutmağı durdurmaq və hətta yasaqlamaq lazımdır. Çünki ”şeir"lərdə heç bir gözəllik və estetika yox. Bu şeirləri əzbərləyən cocuq aqressiv, gözəllik düşməni, ədəbsiz və sayqısız olar. Bu ədəbiyyatla böyüyən cocuğu nə adam etmək olar, nə də alim”.

5-ci dəfə evlənən 60 yaşlı ehtiyatda olan polkovnik Əzizağa Qənizadə:  "Hər kəsə öz təşəkkürümü bildirirəm. Düzü, hamını dəvət etməyə utandım. Allah hamıya kömək olsun. Əvvəllər evli olmuşam. Lakin neçə illər idi ki, subay idim. İllərdən sonra xoşbəxtliyimi bərpa etdim”.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə: “Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”.

“Qaynar.info.az” saytının baş redaktoru Zahir  Əzəmət: “Məgər internet saytlarını haradasa media kimi qeydə alırlarmı? Biz adi MMC-lərik və Vergilər Nazirliyinə tabeyik”.

Yazar Mirmehdi Ağaoğlu: “Öz həyatı olmayanlar başqalarının həyatını müzakirə etməkdən həzz alır. Bir növ parazit kimi. Öz həyatını mənalı edə bilməyənlər başqalarının şəxsi həyatını müzakirəyə çıxarmaqla həyatlarının mənasızlığını doldurur. Halbuki həyatı mənalı etməyin nə çox yolu; gəzməyə get, özünə hobbi tap, kitab oxu, filmə bax, şəkil çək və sair və ilaxır”.

PİA.AZ-ın baş redaktoru Azər Qaramanlı: “Artıq bu mollaların sərf etdikləri oksigen məsrəfə çevrilir. Bunların əvəzinə siçanın, mışın sayını artırmaq savab işllərdən hesab olunmalıdır”.

Əməkdar artist Elza Seyidcahan: “Tənbəl, şəxsiyyətsiz insanlar var ki, işləmirlər, zəhmət çəkmirlər, körpə uşaqları qucaqlarında küləkdə, soyuqda dilənirlər, qızmar istidə uşaqlara yazıqları gəlmir. Ancaq heyvanlar isə insanlara xidmət edir”. 

Yazar Aysel Əlizadə: “Zaxarova isə bəlkə özü də bilmədən Azərbaycanla bağlı Rusiya rəsmilərinin mətbəx söhbətlərini çatdırdı: “Dilqəmlə bağlı bizə suallar verirlər, həyasızlıq edirlər. Özümüz bilərik. Dilqəmə ömürlük cəza vermişik, əcəb eləmişik. Vəssalam. Bizlə burunlaşmalarına bir bax. Nə edirik yaxşı edirik”. Bu cür mövqe və hərəkətlər Rusiyanın onsuz da sarsılmış nüfuzunu bir az da yerlərə çırpır”. 

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Mətbuatımızın indiki halı  hörmətə layiq görülməyən qeyri-ciddi insan təsirini bağışlayır. Bəlkə yavaş-yavaş mətbuatı şoudan çıxaraq və əsl mətbuatı formalaşdıraq?”.

İqtisadçı-ekspert Nazim Bəydəmirli: “Dövlət büdcəsi hesabına şəxsi bizneslə məşğul olmaq və büdcədən yayındırmalar dəb halına düşüb”.

Şəmşad Ağa:Nardaranda insanların cəsədləri təhqir ediləndə, ailələrinə verilməyib gizli dəfn ediləndə “dindarlardır da” deyənlər, sıra sizə, bizə - hamıya catdı... Allah Mehmanın ölümünə səbəb olanlara lənət eləsin...”.

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Qəlbimiz o qədər qaradır ki, hər şeydə mütləq pozğunluq axtarırıq”.

Jurnalist Tural İsmayılov: “Ləyaqət və şərəf arasındakı ən ciddi fərq ləyaqətin insanın öz-özünə verdiyi qiymət olmasıdır... Ləyaqətdən məhrum olunmaq və insanın obyektivlikdən uzaq olması acı və dərin fəlakətdir...”.

Yazıçı Sərif Ağayar: “Yahu, sən pula və gücə biət edirsənsə "Çərəkə" nədir, Allaha inanırsansa iki addım piyada getməmək üçün bu qədər insanı narahat etmək nə? Adam bu qədər lom olmaz axı”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar