Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məmməd Əminin Fətəli xana nə dediyini eşitmişəm”


Leyla xanım Xoyski - Cavad xanın nəticəsi, Nağı bəy Şeyxzamanlının gəlini, Adil xan Ziyadxanovun nəvəsi, Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəvəsi, Abbasqulu ağa Bakıxanovun və 1920-ci ilin Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin yaxın qohumudur


Doğulduğu gündən Türkiyədə, İstanbul şəhərində yaşayır. Ən böyük arzusu babası Adil xan Ziyadxanovun inşa etdirdiyi və yaşadığı, hazırda Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin istifadəsində olan binanı görməkdir.
 
PİA.AZ  azvision.az-a istinadən Leyla xanım Xoyskinin müsahibəsini təqdim edir:
 
- Cümhuriyyətin bütün qurucularını, ulu babalarımızı gördüyüm üçün çox xoşbəxtəm. Onlar 1920-ci ildə bura gəliblər. Mən burada doğulmuşam. Babalarım 28 mayı çox gözəl qeyd edərdilər. Bütün mühacirlər bir yerə toplaşırdı. İnşallah, ölməsəm, sağ qalsam, Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü görə bilərəm. Onu yaxşı bir şəkildə qeyd edərik.

- Azərbaycanda olmusunuzmu?

- Yox, heç vaxt olmamışam. Təyyarəyə minməkdən çəkinirəm. Amma ürəyim Azərbaycanladır. Qardaşım Azərbaycana getmiş, Gəncədəki evimizi də ziyarət etmişdi. Çox sevinirdi. Dediyinə görə, Gəncədəki evimiz sənət muzeyi olub.

- Fətəli xan, Cavad xanın kimi şəxsiyyətlərin nəvəsi olmaq necə bir hissdir?

- Bu, mənim üçün şərəfdir. Belə bir ailənin övladı olmağımla qürur duyuram. Sovetlər zamanında Azərbaycanın bayrağı 70 il sizdə gizli qaldı. Amma həmin illər ərzində Azərbaycan bayrağı bizim evdə açıq şəkildə dalğalandı. Ulu babam həmin bayrağın ətrafına qızıl pullar düzmüşdü. Sonra başqa bir evə köçən zaman onları oğulardılar.

- Cümhuriyyətin qurulması ilə bağlı hansı xatirələriniz var?

- Azərbaycanda Cümhuriyyət dağıldıqdan sonra qurucular oradan köçmək məcburiyyətində qalıdılar. Bir daha geri qayıda bilmədilər. Bu barədə heç nə danışa da bilmirdilər. Bu, başqa bir hissdir. İndi Türkiyədə yaşayan azərbaycanlılar istədikləri kimi öz Vətənlərilə danışıb, əlaqə saxlayırlar. O zamanlar isə çox çətinliklər vardı. Cümhuriyyətin qurucularının Azərbaycanda olan qohum-əqarbalarını öldürdülər. Onların həyatının çətinliklərini sizə başa sala bilmərəm. Onlar öz vətənlərindən bura köçüb, uyğunlaşmaq üçün çox çətinliklər çəkdilər. Mən və qardaşım isə burada doğulduq. Atam Türkiyəyə gələn zaman 18 yaşında imiş. Orada gimnaziyanı bitimişdi, burada isə hüquq oxudu. Həyatımız gözəl olsa da, ürəyimizdə bir həsrət vardı. Bunu dilə gətirmək mümkün deyil.

28 may mənim üçün müqəddəs bir gündür. 28 may günü oturub ağladım. Dualar etdim. Cümhuriyyətin qurucularına Allah rəhmət eləsin. Yalnız mənim anam və Zöhrə xala ikinci dəfə Azərbaycanda Cümhuriyyətin qurulmasını görə bildilər.

Azərbaycan Xalq Cümhuriyyətini quranların hamısı bizim evə gələrdilər. Məmməd Əmin Rəsulzadəyə mən "əmi" deyərdim. Bizə çox gələrdi. Ankarada vəfat etdi. Yadımdadır, Məmməd Əmin Rəsulzadə Fətəli xana deyirdi ki, "Mən Müsavat partiyasının başqanı qalım, sən isə Cümhiriyyətin baş naziri ol. Çünki sən çoxlu xarici dillər bilirsən, xarici ölkələrə bələdsən". Onların arasında birlik, dostluq, sevgi vardı. 

Onlar söhbət edəndə mən yanlarında gəzişirdim. Danışmaqla bitməz, can oğul! Qismət olsa, inşallah, Azərbaycana gələrəm. Qəlbən Bakıya, Gəncəyə bağlıyam. Həmişə oranın şəkillərinə və videolara baxıram. Azərbaycan, Bakı indi çox gözəlləşib. Oraları çox sevirəm. İnşallah, sağ qalsam, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünü mən də qeyd edəcəyəm. Buradan bütün Azərbaycan xalqına öz salamlarımı, sevgilərimi göndərirəm. Hər kəsi öpüb, bağrıma basıram. Azərbaycanımız çox yaşasın, hər zaman bayrağımız dalğalasın.

Müsahibənin təşkilində göstərdiyi dəstəyə görə Türkiyədə yaşayan Azərbaycan Respublikasının Əməkdar rəssamıTeymur Rzayevə dərindən təşəkkür edirik!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar