Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məktəblərdə İslamın tədrisi müsbət hadisə olar”


Fazil Mustafa: “Dini siyasətin içindən çəkib çıxartmaq lazımdır”


"Bunun üçün ciddi maarifçiliyə ehtiyac var”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında yaxın gələcəkdə orta ümumtəhsil məktəblərində dini dərslərin keçirilə biləcəyini vurğulayıb. M.Qurbanlının sözlərinə görə, cəmiyyətdə dini maariflənməyə ehtiyacın olduğu birmənalıdır.

Məlumat üçün qeyd edək ki, bundan öncə də orta məktəblərdə İslam dininin tədrisi ilə bağlı müəyyən təkliflər səsləndirilsə də, bunların heç biri reallıqda öz əksini tapmayıb. Lakin bununla belə bəzi siyasilər tədris müəssisələrində İslam dinin tədrisinin müsbət, hətta zəruri olduğu qənaətindədirlər.

Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa orta məktəblərdə dini dərslərin tədrisinin məqsədəuyğun olduğunu, belə bir addımın yalnız fayda verə biləcəyini qeyd etdi:

 “Orta məktəblərdə dini dərslərin tədrisi çox müsbət bir hadisə olar. Dinlər haqqında məlumatın verilməsi, dinlərin, xüsusilə də İslam dininin təməl mahiyyəti ilə bağlı şagirlərə lazımi informasiyalarn verilməsi vacibdir. Məncə bu, çox müsbət bir təklifdir və bu təklif uzun müddətdir ki, cəmiyyətdə gedən müzakirələrin yekunu olaraq ortaya çıxıb. Görünür Mübariz müəllim də cəmiyyətdəki bu fikirləri nəzərə alaraq belə bir açıqlama verib”.

F.Mustafanın sözlərinə görə, İslamın orta məktəblərdə tədrisi dinin əslində olduğu kimi təbliğinə şərait yarada bilər ki, bu da cəhalətin aradan qaldırılması, insanların həqiqi İslama yiyələnməsi baxımından vacibdir:

“Cəhalətin əvəzinə insanların bilgi sahibi olması vacibdir ki, onlar sonradan hər hansı bir şəkildə radikalizmin, yanlış dini görüşlərin təsiri altına düşməsinlər. Dini hansısa siyasi vasitəyə çevirməkdən daha çox özlərinin həyat şəraiti və əxlaqlarını təkmilləşdirmək vasitəsi kimi görsünlər. Dini siyasətin içindən çəkib çıxartmaq üçün ciddi maarifçiliyə ehtiyac var. Bu, çox zaman cəhalətdən qaynaqlanır. Buna görə də, cəmiyyət tərəfindən də bu fikirlər dəstək ala bilər”.
Din xadimləri üçün vahid formanın müəyyənləşməsi ilə bağlı verilən qərara da münasibət bildirən millət vəkili, bu dəyişikliyi müsbət qiymətləndirmədiyini vurğuladı. Millət vəkilinin sözlərinə görə İslam dinində din xadimi ayrıca status təşkil etmədiyi üçün onlara hansısa ayrıcalıq tanımaq da düzgün sayıla bilməz:

“Din xadimlərinin vahid formaya keçilməsini yanlış addım kimi qiymətləndirirəm. “Din xadimi” anlayışı İslam dinində yoxdur. Məlum olduğu kimi İranda din xadimləri müxtəlif cür geyinirlər. Seyidlər bir cür geyinir, ayətullalar, yüksək rütbəli ruhanilər başqa cür geyinir. Onları geyimlərindən tanımaq mümkündür. Geyimlər onların hansı ranqdan olduğunu göstərir. Fəqət reallıq bundan ibarətdir ki, İslamda din xadimi ayrıca bir status deyil. Ayrıca bir status deyilsə onun vahid geyimdə və ya fərqli geyimdə olmasının heç bir önəmi yoxdur”.
F.Mustafanın fikrincə, İslamın təbliği ilə məşğul olan şəxslərin geyiminə deyil, danışıq və davranışına diqqət yetirmək daha mühüm əhəmiyyət kəsb edir:

“Dinlə məşğul olan şəxslər üçün önəmli olan budur ki, o, ağıllı davransın. Onun ağıllı davranışı isə səsləndirdiyi fikirlər, verdiyi mesajlardır. Cəmiyyəti barışığa səsləməli, cəmiyyətdə münasibətlərin daha sağlam zəmin üzərində formalaşdırılmasına çalışmalıdır. Bu cür addımları sitimullaşdırmaq lazımdır”.

Millət vəkilinin qənaətincə, din xadimləri üçün vahid formanın tətbiqi bu sahənin rəsmi xidmət növü kimi müəyyənləşməsi deməkdir ki, bu da heç bir halda düzgün hesab edilə bilməz:
“Bu gün cəmiyətdə hər cür xidmət var. Gömrük xidməti, vergi xidməti, polis xidməti, miqrasiya xidməti və s. Dindarlar arasında vahid formanın tətbiqi o deməkdir ki, bu da rəsmi xidmət sahəsinə çevrilir. Bu isə yolverilməzdir. Bu, ruhani sferasıdır. Bu sfera altında insanlar arasında ayrıcalıq, fərqlilik tətbiq etmək olmaz. Dini təbliğ edən insan hansı formada olmasından asılı olmayaraq öz fikirlərinə, davranışına görə qiymətləndirilməlidir”.

Millət vəkili hesab edir ki, din xadimləri üçün vahid formanın tətbiqi sui-istifadə hallarına da şərait yaradır. Bütövlükdə isə bu yeniliyin hansı məntiqlə irəli sürüldüyü məlum deyil:
“Əslində vahid dini formaya keçid bir sui-istifadəyə də yol aça bilər. Buna görə də mən bunun məntiqli izahını görmürəm”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar