Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mehriban Əliyevanın təyinatı dövlətçilik yolunda arzuolunan qərardır”


“Azərbaycan Konstitusiyasına 2016-cı ildə referendum yolu ilə edilmiş əlavə və dəyişikliklərdən ən əhəmiyyətlisi və vacib hissələrindən biri əsas sənədə 103-1-ci maddənin əlavə edilməsi idi. Bu, Azərbaycan Respublikasının vitse-prezidentləri ilə bağlı maddədir və Azərbaycanda vitse-prezidentlər institutunun əsasının qoyulması demək idi”


Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsini şərh edərkən deyib.
 
O qeyd edib ki, müasir dünyada vitse-prezidentlər institutu çox əhəmiyyətlidir və bu, icra strukturunda olduqca aparıcı rol oynayır: “Birinci vitse-prezident icra hakimiyyəti strukturunda bütövlükdə Konstitusiyaya görə Azərbaycan dövlətində ikinci məsul şəxsdir. Yenə də Konstitusiyaya görə bir sıra hallarda birinci vitse-prezident prezidenti əvəz edə bilir”.
 
Komitə sədri vurğulayıb ki, bu gün prezident İlham Əliyev tərəfindən Konstitusiyaya uyğun olaraq Mehriban Əliyevanı ölkənin birinci vitse-prezidenti təyin olunması Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda çox mühüm bir addımdır: “Çünki Mehriban xanım Əliyeva indiyə qədər də ölkədə həyata keçirilən işlərə, inkişafa öz töhfəsini həm Heydər Əliyev Fondunun prezidenti kimi, həm də deputat kimi verib. 

Mehriban xanım eyni zamanda bir sıra beynəlxalq tədbirlərin təşkilatçısı, komissiyaların rəhbəri kimi dövlətçilik yolunda öz töhfəsini verib. Bu baxımdan deyə bilərəm ki, Mehriban xanım cənab prezidentin ən yaxın silahdaşı olub və təyinat arzuolunandır. Buna görə də onun indi birinci vitse-prezident təyin olunması həm təqdirəlayiqdir, həm də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mehriban Əliyeva həm də xalq arasında bacarığına, biliyinə və gördüyü işlərə görə böyük rəğbət qazanıb. Beləliklə Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması xalqın dəstəklədiyi bir fikir olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda verilmiş mühüm qərardır. Əminik ki, bu təyinatdan sonra Azərbaycanda həyata keçirilən islahatlar daha da sürətlənəcək”.
 
Qeyd edək ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar