Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ədalətli qərardır”


“Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi düzgün, ədalətli və faydalı qərardır”


“Report”un xəbərinə görə, bunu baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov bildirib

O vurğulayıb ki, Mehriban Əliyeva uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır: “Ayrıca qeyd etməyə dəyər ki, onun fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım ölkə xaricində Azərbaycanı ən yaxşı təbliğ edən insanlardan biridir. Onun ictimai və siyasi fəaliyyətinin coğrafiyası kifayət qədər genişdir və ölkəmizə böyük siyasi və mənəvi dividentlər gətirir”.

Ə.Əhmədov qeyd edib ki, Mehriban Əliyeva böyük humanist və xeyriyyəçidir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda böyük əks-səda doğuran çoxsaylı xeyriyyəçilik layihələri həyata keçirir. Eyni zamanda, Milli Məclisin deputatı olaraq o, bir neçə amnistiya aktlının qəbul olunması təşəbbüsünü irəli sürüb, on minlərlə insanın azadlığa qovuşmasının səbəbkarı olub.

Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi fəaliyyəti də onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinatına tarixi haqq qazandırır. Azərbaycanın ən böyük və qüdrətli siyasi təşkilatının təmsilçisi kimi Mehriban xanımın təyinatı partiya üzvləri arasında xüsusi qürur və razılıq hissi ilə qarşılanıb. Partiyamız bu təyinat münasibətilə hörmətli Mehriban Əliyevaya təbrik göndərib” – Əli Əhmədov vurğulayıb.

Baş nazirin müavini daha sonra deyib: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərə xüsusi dinamika verəcək, inkişaf, müasirləşmə strategiyasının bundan sonra da uğur qazanmasına əhəmiyyətli təkan olacaq”.

Ə.Əhmədov Mehriban Əliyevanın bu yüksək vəzifədə dövlətimiz, xalqımız üçün daha böyük işlər görəcəyinə əminliyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar