Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mehriban Əliyeva Azərbaycan xalqı üçün çox işlər görüb”


“Mehriban Əliyeva Azərbaycan dövləti və xalqı üçün çox işlər görüb və Birinci vitse-prezident vəzifəsində özünü görkəmli dövlət xadimi kimi göstərəcək”


Bunu Trend-ə TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

O, Mehriban Əliyevanın ölkədə humanitar və ictimai sahələrdə iri layihələrin təşkil olunmasında vacib rolunu qeyd edib:

"Eurovision", Avropa Oyunları, Formula 1 - bu siyahını uzatmaq olar. Heydər Əliyev Fondunun ölkənin sosial həyatının inkişafında, ehtiyacı olan insanlara yardım göstərilməsində də rolu böyükdür. Əminəm ki, Mehriban xanım, sadəcə, böyük ictimai xadim deyil, o, həm də Prezidentə ölkənin inkişafı üzrə strateji planların icra olunmasında yardım etməklə bu vəzifədə özünü görkəmli dövlət xadimi kimi göstərəcək".

Onun sözlərinə görə, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə bağlı sərəncam verməklə Azərbaycan Prezidenti İlham Əliyev onun uzun illərdir ki, ölkənin ictimai və siyasi həyatında tutduğu yeri bir daha vurğulayıb.

M.Qusman qeyd edib ki, Mehriban Əliyevanın əvvəlki təcrübəsinə əsaslanaraq demək olar ki, o, yeni vəzifədə ilk növbədə ölkənin humanitar, mədəni və sosial inkişaf sahələri ilə məşğul olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar