“McDonald”s” şimal və şərq Hindistandakı bütün restoranlarını bağlayıb
169 restoran franzayzinq almış "Connaught Plaza" şirkəti ilə "McDonald`s" arasındakı münaqişə səbəbindən bağlanıb.
"Connaught Plaza"nın rəsmisi Vikram Bakshi "McDonald`s"a qarşı bütün qanuni hüquqlarından istifadə edəcəklərini bildirib.
"McDonald`s" firmadan 15 gün ərzində restoranlarından "McDonald`s"a aid bütün vizualları götürməyi təlıəb edib.
İki qurum arasındakı münaqişənin səbəbi bilinmir. Münaqişə nəticəsində 6700 nəfərin işsiz qalacağı gözlənilir. (marja)
pia.az