Hazırda ATV-də canlı yayımlanan "Maşın" şouda aparıcı, Əməkdar artist Murad Dadaşov qalibin artıq məlum olduğunu söyləyib, lakin onun adının proqramın sonunda açıqlayacağını vurğulayıb
PİA.AZ oxu.az-a istinadən bildirir ki, verilişə qonaq kimi dəvət olunan, şounu tərk edən iştirakçı, müğənni Üzeyir Mehdizadə isə bilməyərəkdən realiti şounun qalibinin İslam Mehrəliyev olduğunu bu dəqiqələrdə proqramda elan edib.
Beləliklə, finala qalan Elcan Rəsulov avtomobili qazana bilməyib.
pia.az