"Mançester Yunayted" hücumçusu Memfis Depayla yollarını ayırıb
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, hollandiyalı hücumçu karyerasını "Lion"da davam etdirəcək.
Klublar arasında əldə edilən razılığa əsasən, fransızlar bu keçid qarşılığında 16 milyon funt-sterlinq ödəyəcəklər. Futbolçunun yeni komandasındakı çıxışına görə məbləğ 21,7 milyon funt-sterlinqə qədər yüksələ bilər.
Ancaq müqavilədə yer alan bəndə əsasən, "Mançester Yunayted" 23 yaşlı forvardı yenidən transfer etmək hüququna malik olacaq. Bundan əlavə, "qırmızı şeytanlar" Hollandiya millisinin üzvünün növbəti kluba satışından da qazanc əldə edəcəklər. Depay özü isə "Lion"la 4,5 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Memfis Depay "Mançester Yunayted"ə 2015-ci ildə PSV-dən keçmiş, Premyer Liqa klubunun heyətində 52 oyunda 7 qola imza atmışdı.
pia.az