Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maksim Musayev qocaldıqca ağlını itirir”


Siyavuş Novruzov: “Maksim Musayev qocalıb. Əsl azərbaycanlılar yaşlandıqca müdrikləşirlər. Bəziləri isə yaşlandıqca ağıllarını itirir. Görünür, Maksim Musayev də müdrikləşənlərdən deyil”


Bu fikirləri Aktual.az-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin və YAP Siyasi Şurasının keçmiş üzvü, Xızı rayonunun sabiq icra başçısı olan Maksim Musayevin son müsahibəsindəki tənqidlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Maksim Musayevin Yeni Azərbaycan Partiyasında (YAP) heç bir rolu olmayıb:

“Maksim Musayev vaxtilə ümummilli lider Heydər Əliyevin Ali Sovetə namizədliyi irəli sürüləndə, ona alternativ olaraq, Etibar Məmmədovun namizədliyini dəstəkləyib. İndi də gəlib Heydər Əliyevdən danışır. Bütün bunlar Azərbaycan xalqının gözü qarşısında olan proseslərdir. Hətta 1998-ci ildə atası ilə bir yerdə Mehdiabadda təbliğat aparırdı ki, insanlar Etibar Məmmədova səs versin. Mehdiabadda olan qərbi azərbaycanlılar bunu döyüb oradan qovmuşdular. İndi elə bilir ki, bütün bunlar insanların yadından çıxıb”.

Siyavuş Novruzov qeyd edib ki, Maksim Musayevin haqqında danışdığı Eldar İbrahimovƏli Əhmədov YAP yaranmamışdan qabaq Heydər Əliyevə müraciət edən insanlardır:

“Maksim Musayevin adı o siyahıda yoxdur. Mən özüm 90-cı illərdən ümumilli liderin yanında olan insanam. Açıqlamasında dünyasını dəyişmiş Fərəməz Maqsudovun, Rəfael Alahverdiyevin və Sirus Təbrizlinin adını çəkir. O insanlar bunu heç adam yerinə saymırdılar. Özünü onların cərgəsinə qoşmasın. Adlarını çəkdiyi insanlar partiyanın yaranmasında xidmətləri olan şəxsiyyətlərdir. Bir nəfər həyatda olan insanın adını çəksin və siz ondan soruşun ki, Maksim Musayevin partiyada rolu nədən ibarət olub?”

Xatırladaq ki, Milli Məclisin və YAP Siyasi Şurasının keçmiş üzvü, Xızı rayonunun sabiq icra başçısı olan Maksim Musayev bildirib ki, o, heç vaxt YAP-ın özünə qarşı çıxmayıb, amma partiyanın rəhbərliyində yer alan şəxsləri, daha konkret desək, Əli Əhmədovu, Eldar İbrahimovu və Siyavuş Novruzovu tənqid edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar