Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maaş artımı heç bir zaman inflyasiyaya səbəb olmayıb”


Son bir ay ərzində prezident İlham Əliyevin sərəncamı ilə 20-yə yaxın dövlət qurumu işçilərinin maaşı 10% artırılıb


 Bu siyahıya elm, səhiyyə, DİN, FHN və bir çox böyük qurumlar daxildir.

Millət vəkili Asim MollazadəQafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət büdcəsindən maliyyəşən qurumlarda maaş artımı sosial vəziyyətin yaxşılaşması üçün əsas addımlardandır:

“İlk növbədə müəllimlərin maaşlarının artırılmasını çox müsbət qiymətləndirirəm. Əminəm ki, iqtisadi vəziyyətin dəyişməyi bu artımın davamına gətirib çıxaracaq. Yəni, bu, son olmayacaq. Təkrarən bu kimi addımlar gözlənilir”.

Dövlət büdcəsindən maliyyəşən əksər qurumlarda işçilərin əməkhaqqılarının artırıldığını vurğulayan deputat Musa Quliyev bu ənənənin özəl sektorda davam etdiriləcəyinin gözlənildiyini bildrib:

“Əhalinin sosial rifahının gücləndirilməsi cənab prezidentin daxili siyasətində həmişə prioritet istiqamət olub. Son bir ay ərzində, demək olar ki, dövlət büdcəsi ilə maliyyələşən bütün təşkilatlarda çalışan işçilərin əməkhaqqıları qaldırılıb. Bunun müqabilində yəqin ki, özəl sektorda çalışan işçilərin də maaşı artırılacaq. ən az ona görə ki, biz yaşayış minimunu 172 manata, ünvanlı sosial yardımın təyin olunması üçün ehtiyac meyarı isə 116 manatdan 130 manata qaldırılıb. Yəni, qanunvericilikdə də var ki, ən az maaş yaşayış minimumu səviyyəsində olmalıdır. 

Respublikda orta aylıq əmək haqqının ortalaması da 540 manata çatıb. Bu da yaxşı göstəricidir. Bütün bunlarla yanaşı məşğulluğun artırılması, xüsusilə də kənd yerlərində aqrar sektorun inkişafı sosial rifahın yüksəlməsinə birbaşa dəlalət edir. Baramaçılıq, pambıqçılıq,çayçılıq, xalçaçılıq kimi sahələrin inkişafı, həmçinin, fındıq, qoz və digər quru meyvə bağlarının salınması kənd əhalisinin məşğulluğunu artırır. Xüsusilə də qadınların əməyə cəlb olunması ailə büdcəsinə müsbət təsirini göstərir”.

Deputat maaş artımın inflyasiyaya səbəb olacağı ilə bağlı fikirlərə də aydınlıq gətirib:

Bəziləri qeyd edir ki, maaşların artırılması inflyasiyaya, yəni bazarda qiymətlərin artımına gətirib çıxaracaq. Ancaq bu fikirlərin əsası yoxdur. Ümumiyyətlə, maaş artımı heç bir zaman inflyasiyaya səbəb olmayıb. İnflyasiyanı törədən başqa faktorlardır. Bundan başqa, manatımızın möhkəmlənməsi də gözlənilir.

Sevindirici haldır ki, prezident təqaüdü alan şəxslər, Qarabağ əlilləri, şəhid ailələri də diqqətdən kənarda qalmadı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar