Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir


Dsətəyimiz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır


Azərbaycan “Maarifçi Qadınlar” İctimai Birliyi dövlət qeydiyyatına alındığı 2013-cü ildən bəri təhsillə, təhsildən yayınan, daha doğrusu yayındırılan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilən qrant müsabiqələrinin qalibi olur.

Təhsili, təhsilli  insanı cəmiyyətin, Dövlətin gələcək inkişafının əsas istiqaməti hesab edərək prioritet məsələ kimi seçmiş və müəyyən uğurlara nail  olmuşuq. 

Keçirdiyimiz tədbirlər, maarifləndirici seminarlar vasitsilə elmin dəyərini, vətənimizin gələcək inkişafının təmin edilməsi üçün, savadlı, intellektual səviyyəli vətənpərvər gənclərə ehtiyacı olduğunu birmənalı olaraq uşaqlarını müəyyən səbəblərdən təhsildən yayındıran və yayındırmağa cəhd edən valideynlərə izah etməyə, onları bu sahədə maarifləndirməyə çalışırıq.  

Təhsildən yayındırılan hər bir şagirdin hansı səbəbdən təhsildən uzaqlaşdırılmasının səbəbləri öyrənir və lazımi köməyi, dəstəyi verməyə, aidiyyəti təşkilatları məlumatlandıraraq, hər kəsin diqqətini bu önəmli məsələyə cəlb etməyə cəhd edirik. 

2017-ci ildə "Maarifçi Qadınlar" İctimai Birliyi "Təhsildən yayındırılan məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi" mövzusunda  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinin qalibi olub. 



Mövzu ilə bağlı ilk tədbirimiz 02 may 2017-ci il, saat 12:00-da Cəlilabad rayonunun Qarakazımlı kəndində keçirildi. Bu tədbir 5 kəndi- Qarakazımlı, Sarxanlı, Zərbielli, Moranlı, Dəlili - əhatə edirdi və 50-yə yaxın iştirakçısı var idi.

Tədbirdə valideynlər, ictimaiyyət nümayəndələri, müəllimlər, aiddiyyəti təşkilatların nümayəndələri, bir neçə nəfər 11-ci sinif şagirdi iştirak edirdilər. 

Azərbaycanın Cənub və Şimal rayonlarında, əsasən, bizim maarifləndirici söhbətlər apardığımız Xaçmaz, Masallı, Cəlilabad rayonlarında uşaqların təhsildən yayındırılmasının əsas 3 eyni səbəbi var:

 1.Valideynlər Rusiyaya işləməyə gedir, uşaqları da özləri ilə aparırlar. Bir neçə ildən sonra məktəb yaşları keçir, təhsil yarımçıq qalır. Artıq onlar təhsilə davam edə bilmirlər. 

2. Valideynlər uşaqları tarlada işlədir. Bu səbəbdən dərsə davam edə bilmirlər. Yəni maddi çətinlik ucbatından.

3. Müəyyən kəndlərdə tam orta məktəb olmadığı üçün şagirdlər 9-cu sinfi bitirir, nəqliyyatın olmaması ucbatından tam orta təhsil məktəblərində təhsili davam etdirə bilmirlər. Çox az sayda şagirdlər təhsillərini tam olaraq davam etdirə bilirlər. Bunun səbəbi isə kəndlərin bir-birindən xeyli aralı məsafədə yerləşməsi, xüsusən, qış vaxtları dağ kəndlərində yolların qorxulu olmasıdır.

Valideynlər təkcə Rusiyaya deyil, qonşu Türkiyə Cumhuriyyətinə də mühacirət edir, əmək fəaliyyəti ilə məşğul olurlar. Vətəndaşlarımız Türkiyənin bir çox ərazilərində yaşayır və işləyirlər. 

5 il öncə Azərbaycanın əməkçi miqrantlarının İstanbulun Küçük Çəkməcə bələdiyyəsi ərazisindəki kompakt yaşadığı ərazidə onlarla ünsiyyət qurmağa nail olduq. Məktəb yaşlı uşaqları toplayaraq "Zəhra Ana" qadın təşkilatının nəzdində 75 şagirddən ibarət 3 ədəd 1-ci sinif açdıq. Bu illər ərzində əmək verdik. Hər il onların dərsliklərini, proqramlarını, müəllimlər üçün metodiki vəsaitlərini təşkilatımız adından ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyindən alıb, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həmin şagirdlərə çatdırırıq. Bir il isə o dərslikləri biz öz əmək haqqımız hesabına almışıq.

İyun-iyul ayları ərzində layihə əsasında Türkiyənin İstanbul şəhərində azərbaycanlı əmək miqarantlarının kompakt yaşadığı Halkalı, Bayrampaşa, İkitelli, Beşyezevlər ərazisində yaşayan,  soydaşlarımızı əhatə edən 4 maarifləndirici seminar keçirilmişdir.

Bundan əlavə, may-iyun ayları ərzində layihə rəhbəri və "Maarifçi Qadınlar" İctimai Birliyinin sədri Şərqiyyə Məmmədova təşkilatın İstanbuldakı üzvləri -Sevda Babayeva və Vəfa Babazadə ilə bərabər ev-ev gəzmiş, əməkçi miqrantların məktəb yaşlı uşaqlarını təhsilə cəlb etmək məqsədilə araşdırmalar aparmışdırlar. Təkcə Beşyezevlər adalanan qəsəbədə təşkilatımız 6-10 yaş arasında 100-dən yuxarı uşağın olduğunu dəqiqləşdirmişdir.
 
Biz Türkiyə ərazisində təhsildən kənarda qalan soydaşlarımızın məktəb yaşlı uşaqlarını təhsilə cəlb etmək məqsədilə İstanbul şəhərində "Azərbaycan Egitim, Kültür və Sosyal Dayanışma" adlı təşkilat təsis edərək onun İstanbul valiliyi tərəfindən  rəsmən qeydiyyatdan keçməsinə nail olmuşuq. (29 iyun 2017-ci il) Bunun üçün may, iyun, iyul ayları ərzində Ş.Məmmədovanın öz şəxsi vəsaiti hesabına (Hürriyyet Mahallesi 258 sokak. No 7/A Qazıosmanpaşa /İstanbul Kütük No: 34-234-105) ünvanında hər ayı 1200 tl, yəni 600 AZN olmaqla ofis kirayə edirdi. Çünki qeydiyyat ünvanı olmadan təşkilatı qeydiyyata almaq mümkün deyildi.  

Hazırda ofisimiz fəaliyyət göstərir, ev-ev, küçəbəküçə gəzib Azərbaycan vətəndaşı olan məktəb yaşlı uşaqları toplamışıq, onların siyahısını dəqiqləşdirmişik, yeni dərs ilində onları təhsilə cəlb etməyi planlaşdırmışıq. 

İndi İstanbulda yaşayan soydaşlarımız yeni yaranan bu təşkilata ümid yeri kimi baxır, ünvanımıza gələrək gərəkli tədbirlərin alınmasında bizə yardımçı olurlar. 

Hesab edirik ki, biz bir təşkilat olaraq XIX əsr maarifçi-demokratların müqəddəs işini davam etdirməyi özümüzə borc bilmiş və buna nail olmuşuq. 

Layihə əsasında ikinci tədbir 03 iyunda Türkiyə Cumhuriyyətinin İstanbul şəhərinin Halkalı qəsəbəsində, 4-cü sinfi bitirib məzun olan 55 nəfər 5-ci sinif şagirlərinin valideynləri ilə oldu. Həmin tədbirdə uşaqların 5-ci sində davam etmələri üçün "Zəhra Ana" dərnəyinin rəhbərliyi ilə birlikdə çıxış yolları arandı. Belə nəticəyə gəlindi ki, 5-ci sinifdə ayrı-ayrı fənn müəllimləri tələb olunduğundan "Zəhra Ana" dərnəyi bu məsələdə çətinlik çəkdiyi üçün "Maarifçi Qadınlar" İctimai Birliyi bu məsuliyyəti öz üzərinə götürərək 55 nəfər 4-cü sinif məzununu 5-ci sinifdə oxumasını öz üzərinə götürsün .



Üçüncü tədbir 24 iyun 2017-ci ildə Türkiyənin İstanbul şəhərində İkitelli qəsəbəsində yaşayan Azərbaycan vətəndaşları üçün "Zəhra Ana" dərnəyinin nəzdində olan Azərbaycan məktəbinin binasında keçirildi. 



Bu insanların əmək, iş şəraiti ağır olduğu üçün (səhər saat 8-dən axşam saat 7-yə kimi) tədbirlərin keçirilməsi axşam saatlarında, yəni saat 8-dən sonra baş tuturdu. 

Bu tədbirdə də əsas məqsəd məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsi idi. Valideynlərlə söhbətdə onlara izah edilirdi ki, 16 yaşına qədər uşaqların fabriklərdə işlədilməsi cinayətdir. Uşaqlar orada olan tozdan müxtəlif xəstəliklərə tutula bilərlər, orqanizmin düzgün inkişafı pozular. Həm də savadzız qalan uşaqlar gələcəkdə müəyyən cinayətkar dəstələrə qoşular, narkotik alverinə cəlb edilə bilər (bu faktlar az da olsa müşahidə edilib), gələcəkdə birmənalı olaraq insan alveri qurbanına çevrilə bilərlər. Hər bir valideyn bilməlidir ki, uşaq təkcə ailəyə məxsus deyil, həm də cəmiyyətə məxsusdur. Uşaqlar mütləq təhsilə cəlb edilməlidirlər. 



İstanbulda dördüncü tədbir 26 iyun 2017-ci ildə Bayrampaşa qəsəbəsində Leyla Babazadə adlı bir valideynin evində təşkil edilmişdi. Tədbir iştirakçıları olan soydaşlarımız çox ümidsiz, yorğun görünürdülər. Onların arasında 10 ildən artıqdır vətənə gedə bilməyən, əzizlərinin dəfn mərasimində iştirak edə bilməyənlər var idi.  Bu insanlara yeri gəldikcə hər şeyin sonu olmadığını, ümidsiz olmamağı gedib öz vətənlərində təsərrüfatla məşğul olmağı, müəyyən işlər görməyi tövsiyyə edirdik və hər şeydən öncə uşaqların taleyinin bizim üçün prioritet mövzu olduğunu onlara anladırdıq. Sözün əsl mənasında biz hər bir vətəndaşımızla dərdləşir, onlara yardımçı olmağın yollarını arayırdıq. Valideynlərə bildirdik ki, məktəb yaşlı uşaqların siyahıya alınmasında bizə yardımçı olsunlar. 

Beşinci tədbir iyul ayının 02-də "Azərbaycan Egitim, Kültür və Sosyal Dayanışma"dərnəyinin ofisində keçirildi. Tədbirdə 35-dən yuxarı valideyn iştirak edirdi. Tədbirdə sərbəst təhsil almaq ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmri bənd-bənd oxunaraq valideynlərə izah edildi, Bayrampaşa və Beşyüzevlər qəsəbələri bir-birinə yaxın ərazidə yerləşdiyi üçün bu ərazidə yaşayan valideynlərin məktəb yaşlı uşaqlarının yeni yaradılan dərnəyin nəzdində təhsilə cəlb edilməsi məsələsi müzakirə olundu. Əvvəlcədən hazırlanmış məlumat kartları onlara paylandı, siyahısı hazırlanmış 60 nəfər uşağın sentyabr ayından etibarən "Azərbaycan Egitim, Kültür və Sosyal Dayanışma"dərnəyi nəzdində fəaliyyətə başlayacaq məktəbdə təhsillərini davam etdirəcəkləri barədə valideynlər məlumatlandırıldı. Eyni zamanda "Azərbaycan Egitim, Kültür və Sosyal Dayanışma" dərnəyi tərəfindən öncədən hazırlanmış məlumat kartlarının Azərbaycan vətəndaşlarının yaşadıqları ərazilərdə paylanması onlardan xahiş edildi.

Hal-hazırda məktəb yaşlı uşaqlarla bağlı siyahıyaalma davam edir.

Qaziosmanpaşa bələdiyyəsinə və Qaziosmanpaşa Milli Egitim müdürlüyünə parta və stollar, lövhə, müəllim stol və stullarının alınması və təşkili barədə rəsmi məktubla müraciət etmişik. Yardımçı olacaqlarına söz veriblər. 

Biz bütün lazım olan hər şeyi yüksək səviyyədə təşkil edəcəyimizə əminik və bu müqəddəs işdə bizə yardımçı olan hər kəsə ayrı-ayrılıqda təşəkkürümüzü bildirirk. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar