Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli”nin kirvəsinə 3 il həbs cəzası verildi


"Lotu Quli" - Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə davam edib


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə  Məhəbbət Namazovun vəkilləri çıxış edərək məhkəmədən bəraət tələb edib.
 
Məhəbbət Namazov son söz deyib: "Məni tanıyanlar, tanıyır. Bilirlər ki, mən narkoman deyiləm. Həmişə də bunun əleyhinə olmuşam. Bəraət tələb edirəm".
 
Hakimlər kollegiyasının hökmünə əsasən Məhəbbət Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror çıxışında Məhəbbət Namazovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin (qanunsuz olaraq külli miqrdarda narkotik) 234.1-ci (satış məqsədi ilə narkotik) və 228.2.2-ci (qanunsuz silah saxlama) maddəsini isə 228.1-ci maddəyə tövsif edilməsini  və onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
 
Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
 
Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
 
Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
 
Məhəbbət Namazov kriminal aləmdə "Maxo Ağstafalı" kimi tanınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar