Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli”nin adamlarına silahlı hücum - Yaralananlar var


Dünən Ukrayna KİV-i Odessada iki azərbaycanlının – Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə məlumat yayıb. O da bildirilib ki, onlar nüfuzlu “qanuni oğru”, Quli ləqəbi ilə tanınan Nadir Səlifovun etibar etdiyi adamlardır


Məlumata görə, İlham Hacıyev və Oktay Arxalıya BMW 5 avtomobilində hücum edilib.

Killerlərin hücumu mayın 28-də gecə, Qaqarin küçəsində baş verib. Onların hər ikisi yüngül yaralanıb.

Yaralananlar Odessada tibb müəssisəsinə müraciət etsələr də, orada qalıb müalicə olunmaqdan imtina ediblər.

Bəzi məlumatlara görə, İlham Hacıyev və Oktay Arxalı hazırda Azərbaycanda həbsxanada cəza çəkən və yaxın gələcəkdə azadlığa çıxacağı ehtimal olunan "qanuni oğru" Qulinin etibarlı adamları sayılırlar.

Digər məlumata görə, xəsarət alanlardan biri-İlham Hacıyev digər azərbaycanlı “qanunçu” Albert Rıjiyə 2014-cü ilin mart ayında Sankt-Peterburqda edilən sui-qəsdin təşkilatçısıdır.



Ukrayna KİV-i bildirir ki, killerlər kriminal aləmdə Rafiq Eyvazov (Masallinski) kimi məşhur olan başqa bir avtoritetin sifarişini yerinə yetiriblər. Onlar bunu qisas almaq cəhdi kimi qələmə verirlər. Xatırladılır ki, “Lotu Quli”nin adamları İstanbulda Rafik Eyvazovu döyərək qulağını kəsmişdilər. Başqa sözlə, vurğulanır ki, 2016-cı il dekabrın əvvəlində Rafik Masallinski İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşdüyünə və Qulinin qardaşlarının yaşadığı yeri göstərməyə razılaşdığına görə cəzalandırılmışdı.

Ancaq məlumatlı mənbələrin virtualaz.org-a verdiyi məlumata görə, Odessadakı silahlı hücumda Rafiq Eyvazovun iştirakı haqda xəbər həqiqəti əks etdirmir. Əslində “Lotu Quli”yə yaxın adamlara sui-qəsd cəhdinin təşkilatçısı Rövşən Lənkəranskinin Dovşancığaz (Zayka) ləqəbli əmisioğlu Zaur Məmmədovdur. Hansı ki, Rövşən Lənkəranskinin ölümündən sonra Rusiya paytaxtında bir sıra bazarlarda öz təsir dairəsini genişləndirib.

Onu da xatırladaq, keçən ilin avqustunda öldürülən Rövşən Lənkəranskinin qətlinin təşkilində məhz “Lotu Quli” şübhəli bilinir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar