Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli” Lənkəranskinin bazasını “Çermen”lə bölür


Məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov Rusiyanın Yekatrinburq şəhərinin 4 saylı topdansatış meyvə-tərəvəz bazasına nəzarəti “Çermen” ləqəbli gürcü avtoritetlə öz aralarında bölüşdürməyə başlayıb


PİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından URA.ru-ya bildiriblər. 

Məlumata görə bazanın bölüşdürülməsi məsələsi ilə bağlı 56 yaşlı Tamaz Qoqoladzenin (“Çermen”) emissarları Yekatrinburqa gediblər. Bundan əvvəl “Lotu Quli”nin qruplaşması bu şəhərə çoxsaylı “möhkəm bədənli oğlanlardan” ibarət desant yetirmişdi.

Bu yaxınlara qədər 4 saylı meyvə-tərəvəz topdansatış bazasının ticarətçiləri “Rövşən Lənkəranski”yə haqq verirdilər. Həmin baza Lənkəranskinin ən gəlirli obyektlərindən idi. Bazara nəzarəti onun adamı, 53 yaşlı Ağayar Ağayev həyata keçirirdi. Lakin Lənkəranskinin ötən il İstanbulda güllələnməsindən sonra Ağayar tədricən “kölgəyə” çəkilib. Nəticədə Ural regionunun azərbaycanlıları “Lotu Quli”yə biət ediblər və ona haqq ödəməyə başlayıblar. “Lotu Quli” hazırda Azərbaycanda həbsxanadadır və kriminal imperiyasını oradan idarə edir.

Məlumata görə Lənkəranskinin Ural regionu üzrə “smotryaşisi” olan Ağayar Ağayev də artıq “Lotu Quli”yə biət edib və öz postunda qalıb. Bu təhvil-təslim əməliyyatı sakit keçib. Lakin gözlənilmədən Yekatrinburqa digər kriminal avtoritet-“Çermen” öz adamlarını göndərib. “Çermen” özü də hazırda “Lotu Quli” kimi həbsdədir, Solneçneqorsk həbsxanasında cəza çəkir, 2018-ci ildə azadlığa çıxmalıdır. Ancaq o, mafiyasını həbsxanadan idarə edir.

Məlumata görə hazırda hər iki “vor”un nümayəndələri 4 saylı bazada fəallıq nümayiş etdirirlər, habelə Komsomolskdakı meyvə-tərəvəz bazasını nəzarət altına almağa çalışırlar. Belə k, 4 saylı bazarın sökülməsi və yerində mikrorayon tikilməsi planı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar