"Real" "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün İngiltərə klubuna təklif göndərib
PİA.AZ qol.az-a istinadən xəbər verir ki, ancaq "Liverpul" rəhbərliyi misirli hücumçunu satmaq niyyətində deyil. Bu səbəbdən klub 200 milyon funt sterlinq (təxmiən 228.8 milyon avro) dəyərində təklifi rədd edib.
Qeyd edək ki, M.Salah bu mövsüm 47 matçda 43 qol vurub.
pia.az