Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Like” hərisliyi insanlarda depressiya və məyusluq yaradır




Kaspersky Lab: İnsanların əksəriyyəti postları və fotoları gözlədiklərindən az “like” topladıqda kədərlənirlər


“Kaspersky Lab” şirkətinin apardığı yeni araşdırmanın nəticələrinə əsasən, əksər istifadəçilər üçün sosial şəbəkələrdə həyat pis əhval-ruhiyyə və məyusluqla assosiasiya olunur. 

Belə ki, sorğuda iştirak etmiş respondentlərin 42%-i etiraf edib ki, paylaşımları daha böyük maraqla qarşılanan dostlarına həsəd aparırlar. Onların əksəriyyəti postları və fotoları gözlədiklərindən az “like” (bəyənmə) topladıqda kədərlənirlər.

“Report”un “Kaspersky Lab”ın araşdırmalarına istinadən verdiyi xəbərə görə, insanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar: 65% istifadəçi dostları və həmkarları ilə əlaqə saxlamaq, 60%-i isə əyləncəli və maraqlı paylaşımlardan xəbərdar olmaq üçün sosial şəbəkələrə daxil olur. İstifadəçilər öz hesablarını formalaşdırmaq üçün kifayət qədər çox vaxt sərf edirlər. Ən çox paylaşılan kontent sırasında məzuniyyətdə çəkilmiş fotolar (61%) və müsbət emosiya yaradan informasiyalar (43%) yer alır.

Əslində isə sosial şəbəkələrdə həyat bir çox qıcıqlandırıcı məqamlarla yadda qalır: burada ilk sıranı təbii ki, reklam tutur (bu, respondetlərin 72%-ni təngə gətirir), lakin bir çox xoşagəlməz amillər istifadəçinin yaxın ətrafından asılı olur. Demək olar ki, hər kəs əsəbləşə bilər: dəvət olunmadığı şənlikdən fotolar (respondentlərin 59%-i etiraf edir ki, bu, onların əhvalını korlayır), dostların məzuniyyətdən fotoları (45%), hətta özlərinin vaxtilə paylaşdıqları xoşbəxt xatirələrə baxdıqda belə, əvvəl daha yaxşı yaşadıqlarını düşünərək məyus olurlar (37%).

Hazırda “Kaspersky Lab” şirkəti bu problemi həll etmək üçün “FFForget” adlı tətbiq hazırlayır ki, bu tətbiq sayəsində insanlar sosial media hesablarını bağlamaq qərarını üçüncü tərəflərdən asılı olmadan sərbəst şəkildə verə biləcəklər. Tətbiqin 2017-ci ildə buraxılması planlaşdırılır, lakin dəqiq tarix auditoriyanın marağından asılıdır. Tətbiqi ilk istifadə edənlərdən olmaq istəyənlər https://ffforget.kaspersky.com/ saytında qeydiyyatdan keçməklə tətbiqin buraxılışı barədə son xəbərlərdən agah ola və proqramın beta versiyasından istifadə edə bilər.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar