Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ləzgi” məscidi icması İlham Əliyevdən kömək istədi


İçərişəhər “Ləzgi” məscidi icmasının üzvləri bu gün RATİ-də əhli-sünnə dini icmalarının son vaxtlar ciddi təzyiqlərə məruz qalmaları ilə bağlı mətbuat konfransı keçriblər.


İcma təmsilçiləri son vaxtlar haqsızlıqlarla üzləşdiklərini iddia ediblər. Buna nümunə olaraq “Şəhidlər”, “Əbubəkr”, “Müşfiqabad” qəsəbə məscidlərinin bağlanmasını göstəriblər. Bu məscidlərin bağlanması əsassız adlandırılıb. Bütün bu bağlanmalara səbəb kimi həmin məscidlərdə məhz sünnilərin namaz qılamaları göstərilib. Bu məsdilərin qapadılmasında Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi rəhbərliyinin birgə addım atması da iddia edilib. Təmsilçilər həyat tərzlərində “Quran”ı və Mühəmməd peyğəmbərin (ə.s) söylədiklərinı əsas götürdüklərinə, şiələrdən fərqli olduqlarına görə təzyiqlərə məruz qaldıqlarını bəyan ediblər. İcma nümayəndələri KİV-lərin və cəmiyyətin onları “vəhhabi, xəvaric, təkfirçi” adlandırmasına da etirazlarını bildiriblər. 

Dini icmaların qeydiyyatı məsələsində şiə icmaların hamısının qeydiyyatdan keçdiyi, amma sünni icmaların keçmədiyi qeyd olunub. Bu addım sünni icmaların “axırına çıxmaq cəhdi” adlandırılıb. Dini icmanın rəhbəri Faiq Mustafa icmanın qeydiyyata alınmadığını deyib. Bunu və QMİ rəhbərliyinin icmanın qeidiyyatı ilə bağlı sənədləri Dini Komitəyə bilərəkdən təqdim etməməsilə əlaqələndirib.

Namazlar fərqli qılındığı üçün sünnilərin də şiə məscidlərində namaz qılmasının mümkünsüzlüyü iddia edilib. “Katolik, provoslav, protestant öz kilsəsində ibadət etdiyi kimi sünni və şiə də öz məscidində ibadət etməlidir, bütün dünyada necədirsə, bizdə də elə olmalıdır”, - deyə hüquqşünas Elman Osman ayrı-seçkilik mövqeyini ortaya qoyub.   

Azərbaycanda sünnilərin əhalinin 35%-ni təşkil etdiyi iddia olunub. Bu artıma baxmayaraq, əhli-sünnə məscidlərinin artmadığı nəzərə çatdırılıb. Məscidlər az olduğundan evlərdə yığışdıqlarına görə polis təqiblərinə məruz qaldıqlarını bəyan ediblər. Ölkədə əhli sünnənin müfti rəhbəri olmadığı bəyan edilib. Ölkədə əhli-sünnənin rəhbəri sayılan Hacı Salman Musayevi qəbul etmədiklərini deyiblər.

QMİ rəhbərliyi şiə olduğu üçün əhli-sünnənin onları qəbul edə bilməsinin mümkün olmadığını vurğulayıblar. İcma təmsilçiləri kimlərinsə Suriyada döyüşməsi ilə bağlı QMİ-nin icmaya radikal adı yapışdırmaq cəhdini pisləyib. “İcma məscidə gələn şəxslə müqavilə imzalamır ki, ibadətdən sonra o, haraya gedəcək?” - deyə Suriyada döyüşənlərə görə icmanın məsuliyyət daşımadığı ifadə olunub. F.Mustafa Suriyada döyüşən şiələrin sünnilərdən dəfələrlə çox olması kimi bəyanat səsləndirib.

Mətbuat konfransında Salyanda bir neçə dindarın təzyiqə məruz qalması da açıqlanıb. Təzyiqə məruz qalan Salyan sakini Füzuli Ağalı bunu dini əqidəsi ilə əlaqələndirib. “Mən fars namazı yox, türk namazı qılıram, fars kimi namaz qıla bilmərəm, buna görə bizi məscidlərə qoymurlar”, - deyə bu şəxs dini savadısızlıq nümayiş etdirib.

İcma təmsilçiləri son olaraq dövlət başçısı İlham Əliyevin onlara qarşı təzyiqlərdən xəbərsiz olduğunu və səslərini mətbuat vasitəsilə ona çatdırmaq istədiklərini bəyan ediblər. Həm də dini komitənin icmanı qeydə alacağına ümid etdiklərini bildiriblər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar