Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leyla Yunus kimilərinin adları Ermənistanda “tarixləşə“ bilər“


“Onların Azərbaycan tarixində nə izi, nə də tozu qalacaq”


PİA.AZ  xəbər verir ki, bunu hafta.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşına yazdığı son məktubunu şərh edərkən deyib.

 Onun sözlərinə görə, Leyla Yunus və Arif Yunusun mövqeyi Azərbaycan dövlətçiliyinə qənim kəsilən xarici havadarlarla eynilik təşkil edir: "Onlar Azərbaycanın hərbi sirlərini ermənilərə ötürüblər. Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdikləri də tam təsdiqini tapmış məsələdir. L. Yunus daim ermənipərəst mövqeyi ilə seçilib, erməni maraqlarına xidmət edib. Onun kimiləri isə hər zaman xaricdən olan havadarlarının maliyyəsi hesabına bu cür "işlər"” görüblər. O, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib".

Siyavuş Novruzov həmçinin bildirib ki, Leyla Yunus kimi hüquq müdafiəçiləri indi həm Azərbaycan xalqının, həm də ictimaiyyət nümayəndələrinin qınaq obyektindədirlər: "Cəmiyyət də Leyla Yunus və onun yolu ilə gedən digərlərini qınayır. Sosial şəbəkələrdə, internet saytlarda onların bu "əməlləri" müzakirə mövzusuna çevrilərək, haqlı olaraq sərt şəkildə qınanılır və tənqid edilir".

Millət vəkili bu gün Azərbaycan cəmiyyətində Vətənə xəyanətdə ittiham edilən Leyla Yunusun müdafiəsinə qalxanların da kimliyinə aydınlıq gətirib: “Bu həmin insanlardır ki, Leyla Yunusun yolunu tutublar. Həm də qorxurlar ki, onlar Leyla və Arif Yunusları müdafiə etməsələr onların da paxırları açılacaq. Bir daha deyirəm, L. Yunusun və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu, Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar açıqlanıb. Artıq onların anti-Azərbaycan mövqeyi Azərbaycan cəmiyyətində ifşa olunub. Baxın, erməni mətbuatı daim Leyla Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır. Sizcə, bu yetərli fakt deyilmi?". 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar