"Levante"nin baş məşqçisi Rubi vəzifəsindən gedib
PİA.AZ qol.az-a istinadən bildirir ki, 46 yaşlı mütəxəssis komandasının ötən mövsüm uğursuz çıxışından sonra komandadan ayrılmaq qərarı verib.
Klub rəhbərliyi də ispaniyalı mütəxəssisin istefasını qəbul edib. O, 2015-ci ildən "Levante"ni çalışdırırdı.
Qeyd edək ki, ötən mövsümün yekununa əsasən La Liqanı sonuncu pillədə başa vuran "Levante" aşağı liqaya yuvarlanıb.
pia.az