Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans karyerasını "Lester Siti"də davam etdirəcək
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu 3 illik müqaviləyə imza atıb. Evansın transferi "Vest Bromviç Albion"a təxminən 3.5 milyon funt qazandırıb.
Ötən mövsüm Premyer Liqada 28 oyuna çıxan futbolçu 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdı. Evans karyerası ərzində "Mançester Yunayted", "Sanderlend" və "Antverpen"in də şərəfini qoruyub.
pia.az