Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Layihə ilə bağlı bəzi tənqidlər qeyri-elmidir, professional deyil”

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu Azərbaycan dilinin 69 maddədən ibarət yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Akademiyanın ictimaiyyətə təqdim etdiyi və mediada müzakirəyə çıxarılan orfoqrafiya qaydalarının layihəsidir”


Bunu  AMEA-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

Akademikin sözlərinə görə, geniş ictimaiyyətin, Orfoqrafiya Komissiyasının üzvü olmayan şəxslərin fikri onlar üçün çox böyük əhəmiyyətə malikdir: “Orfoqrafiya qaydalarının layihəsi ilə bağlı mətbuatda çox geniş müzakirələr aparılır. Ümumi müzakirələrdə maraqlı təkliflər, mütəxəssis rəyləri səslənir. Lakin irəli sürülən bir çox tənqidi fikir, təklif qeyri-elmidir, professional deyil. Bəziləri subyektiv mövqedən çıxış edirlər, bu da təbiidir. Hətta sadə bir adamın, dilçilik elmindən anlayışı olmayan şəxsin maraqlı bir fikri olsa, nəzərə alacağıq. Biz bunlara dözümlə, səbirlə yanaşırıq. Bütün təkliflər nəzərə alınaraq Orfoqrafiya Komissiyasında müzakirə ediləcək və  təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”.

İ. Həbibbəyli qeyd edib ki, yanvarın sonuna kimi müzakirələr davam etdiriləcək və fevralın əvvəllərində təkmilləşmiş variant hazırlandıqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək.

Qeyd edək ki, AMEA-nın Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb. Layihə AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub.APA

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar