Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lavrov Rusiyanın yox, Ermənistanın xarici işlər naziri kimi danışıb”

Professor İlham Rəhimov: “Lavrov Rusiyanın yox, Ermənistanın xarici işlər naziri kimi danışıb”


Hüquq professoru İlham Rəhimovun fikrincə, Rusiya xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikrə görə açıqlama verməlidir .

Professor İlham Rəhimov “Yeni Müsavat”  Media Qrupunun əməkdaşlarının suallarına cavab verib. Həmin cavablardan hazırlanan müsahibənin 1-ci hissəsini təqdim edirik: 

- İlham müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan jurnalistinin sualına cavabında “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” fikrini səsləndirməsi ən müxtəlif dairələrdə müzakirə olunmaqdadır. Siz bu bəyanatı necə şərh edirsiniz?

- Məsələ burasındadır ki, Lavrov bu fikri bir qədər fərqli ifadə edib. O, deyib ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq Azərbaycanın daxili məsələsi deyil. Bu, çox ciddi bəyanatdır. Birincisi ona görə ki, belə açıq münasibət ilk dəfədir səslənir. İndiyə qədər analoji bəyanat olduğunu xatırlamıram. İkincisi ona görə ki, bu fikri çox yüksək dövlət vəzifəsi tutan şəxs deyir. Sergey Lavrov sıradan siyasətçi, deputat, politoloq, jurnalist deyil, o, Rusiya kimi nəhəng bir dövlətin xarici siyasət idarəsinə başçılıq edir. Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm, Azərbaycandakı bir sıra media orqanları Rusiyanın ayrı-ayrı politoloqlarını yanlış olaraq prezident Putinin siyasi məsələlər üzrə müşaviri kimi təqdim edir. Prezident Vladimir Putinin belə müşavirləri yoxdur, ola bilər, onlar hansısa ictimai palataların üzvləridir və Rusiya prezidenti də həmin qurumun rəhbəridir. Dediyim kimi, son bəyanatın ciddiliyini müəllifin politoloq, jurnalist yox, XİN rəhbəri olması da artırır. Lavrov Rusiyada Qarabağ məsələsi ilə birbaşa məşğul olan ən yüksək rütbəli dövlət yetkilisidir. Azərbaycanda gedən müzakirələrlə qismən tanışan, bəziləri Lavrova verilən sualın provokasiya xarakteri daşıdığını düşünür. Mən bu fikri bölüşmürəm. Sual çox cəsur, birbaşa və düzgün sual idi. İndiyə qədər Azərbaycan jurnalistlərindən heç biri nə Lavrova, nə də Qarabağ məsələsinin beynəlxalq müstəvidə müzakirəsində birbaşa iştirak edən hər hansı şəxsə belə açıq sual verməmişdi. Ona görə də sualın provokasiya kimi qiymətləndirilməsini ədalətli yanaşma saymıram. Çox yaxşı ki, jurnalist belə bir sual səsləndirib. Çünki cavabdan məmnun qalmasaq da, biz məhz bu sualın cavabında gerçək mövqeni öyrənə bildik. Sözsüz ki, cavab gözlənilməz idi... 

 “Lavrov “Dağlıq Qarabağ istisnasız olaraq Azərbaycanın məsələsi deyil” deməklə həm də bütün tərəflərə yaxın zamanlarda Qarabağ düyününün açılmayacağını bildirib. O, açıq şəkildə bəyan edib ki, yaxın perspektivdə problemin həllini görmür”

Rusiya dəfələrlə həm dövlət başçısı, həm də XİN-i səviyyəsində Azərbaycan Respublikasınn ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu dəfə isə, Rusiya XİN-nin deyərdim diplomatik üslub baxımdan qeyri dəqiq ifadəsi Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanıb. Bununla əlaqədar ehtimal etmək olar ki, Rusiya tərəfi məlum ifadə ilə bağlı əlavə açıqlama verəcək.

Mənim yorumum belədir - Sergey Lavrov demək istəyib ki, gəlin, müzakirə edilən mövzuları dəqiqləşdirək, Dağlıq Qarabağın statusu və Dağlıq Qarabağa aid olmayan ərazilərin işğaldan azad edilməsi ayrı-ayrı müzakirələrin predmetidir. Beynəlxalq hüquq sənədlərində Dağlıq Qarabağa aid olmayan ərazilər Azərbaycanın işğal edilmiş əraziləri kimi göstərilir. Dağlı Qarabağın statusu məsələsini isə o, istisnasız olaraq Azərbaycanın məsələsi hesab etmir. Əslində beynəlxalq institutlar tərəfindən bu məsələnin həlli bir neçə ölkəyə həvalə edilib. Düşünürəm ki, Lavrov məhz bu məqamı vurğulamaqla problemin yalnız Azərbaycanın olmaması məsələsini dilə gətirib. Bu, eyni zamanda o deməkdir ki, Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın əl-qolu bağlıdır. Lavrov da məhz həmin hüquqi sənədlərə işarə vuraraq belə bir ifadə işlədib. Bu mənim yorumumdur. Sözsüz, bu, bizim üçün heç də xoş olmayan durumdur. Məsələnin digər bir tərəfi də var – Rusiya XİN rəhbərinin bəyanatı sanki savaş durumunda olan iki ölkəyə deyil, yalnız Azərbaycana yönəlib. Ona görə də söylənənləri “tək başınıza bu işlərə qarışmayın kimi” qəbul etmək olar. Hər halda bu xoş deyil. Fikrimcə, Azərbaycan rəsmən Rusiya XİN-dən bu haqda açıqlama tələb etməlidir. Çünki baş verənlər Azərbaycanın maraqlarına cavab vermir.

- Lavrov onu da bildirib ki, işğalın bitməsi ilə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi paralel baş verməlidir. Rusiya XİN rəhbəri bu fikri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq bildirib. Sizcə, belə bir çözüm  mümkün ola bilərmi?

- Sözsüz, bu Azərbaycan üçün asan qərar deyil. Proses qərar zamanı Azərbaycanın üstün mövqedə olub-olmamasından birbaşa asılıdır.

- Professor, siz həmsədrlərin təklif etdiyi 5+2 formatını da müsahibələrinizdən birində Azərbaycan üçün tələ adlandırmışdınız. O fikrinizdə qalırsınızmı?

- Hər zaman bildirmişəm ki, Azərbaycanın işğal olunan torpaqlar məsələsini bütünlükdə önə çıxarmasına ehtiyac yox idi. Çünki, məsələnin bu cür qoyuluşu maraqlı tərəflərə gərək deyil. Lavrovun son bəyanatı da göstərir ki, Azərbaycan birmənalı olaraq problemin həllində müzakirə predmeti kimi yalnız və yalnız Dağlıq Qarabağın üzərində dayanmalı idi və dayanmalıdır. Söhbət Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tuturam. Həm də istisnasız olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Dağlıq Qarabağın statusu müzakirəyə çıxarıla bilər, amma önəmli olan bu statusun Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində müzakirə pridmeti olmasıdır. Lavrov “Dağlıq Qarabağ istisnasız olaraq Azərbaycanın məsələsi deyil” deməklə həm də bütün tərəflərə yaxın zamanlarda Qarabağ düyününün açılmayacağını bildirib. O, açıq şəkildə bəyan edib ki, yaxın perspektivdə problemin həllini görmür. Ötən ilin aprelində Azərbaycan-Ermənistan cəbhəsində yaşananları xatırlayırsınızmı? Hər kəs bildirirdi ki, artıq məsələ çözülüb, bir sıra məqamların dəqiqləşdirməsi qalıb... Ancaq hər iki tərəf daha artıq qanın axıdılmaması üçün atəşi dayandırdı. Yanlış qərar idi.

 Rusiya indi qarşılıqsız olaraq heç kimə bir qəpik də vermir”

- Dünya birliyi konfliktin hərb yolu ilə nizamlanmasını qəbul edəcəkdimi?

- Apreldə Azərbaycan tərəfi Ermənistanın hərbi provakasiyasına cavab olaraq döyüş əməliyyatlarını davam etdirsəydi heç şübhəsiz ki, daha geniş əraziləri işğaldan azad etmək mümkün idi. İndi isə hərbi əməliyyatları bərpa etmək Azərbaycana ziyan gətirə bilər. Bu halda dünya ictimaiyyəti, bütün beynəlxalq qurumlar Azərbaycanı hərbi yola əl atdığı üçün ittiham edəcək. Çünki beynəlxalq sənədlərin hamısında Azərbaycana problemin dinc yolla həlli tövsiyə olunur.

- Əgər dinc yolla alınmırsa, Azərbaycan alternativ yola əl atmamalıdırmı?

- Əgər indi mümkün çözüm variantları Azərbaycanı qane etmirsə, problemi həll edilməmiş saxlamaq bizim maraqlarımıza daha çox cavab verir. Ona görə ki, problemin dondurulmasından Azərbaycandan çox, Ermənistan əhalisi əziyyət çəkir. Bu sirr deyil ki, Rusiya onlara dəstək verir – kreditlər, investisiyalar ayırır. Bundan başqa, erməni diasporu, imkanlı insanlar yardımlar ayırır. Ancaq bütün bunlar günlərin bir günündə bitəcək. Xüsusən indiki ağır iqtisadi şərtlər altında bu imkanlar xeyli azalır. Rusiya indi qarşılıqsız olaraq heç kimə bir qəpik də vermir. Erməni diasporu da sağmal inək deyil. Dəstəyin azalması o deməkdir ki, Ermənistanda həyat şərtləri durmadan ağırlaşacaq. Hər halda, Ermənistanda çox yaxşı anlayırlar ki, Azərbaycan torpaqlarının işğalını davam etdirdikcə belə asılılığın ömrünü də uzadırlar. Bütün hallarda zaman onların xeyrinə işləmir.

- Ancaq prosesin uzanmasının mənfi tərəfləri də var. Zaman keçdikcə Qarabağ yaddaşlardan silinir...

- Əgər şərtlər bizə qətiyyən uymursa, bizim hər hansı addım atmağımız doğru qərar sayıla bilməz. Problemin dondurulması onun gündəmdən çıxarılması anlamına gəlmir. Müzakirələr şərtlər Azərbaycan üçün məqbul olana qədər davam etməlidir. Azərbaycan Qarabağ məsələsini ciddi itkilər hesabına çözə bilməz. Bu bizim milli maraqlarımıza cavab vermir. Azərbaycan bu gün həm iqtisadi, həm sosial cəhətdən Ermənistandan qat-qat üstündür. Biz bu balansı öz xeyrimizə dəyişdikcə, Qarabağ məsələsinin həllinə daha çox yaxınlaşırıq.

 “Ötən ilin aprelində Azərbaycan dünyanı fakt qarşısında qoya bilərdi”

- Açıqlama öz yerində, sizcə, Lavrovun dediklərində nə qədər həqiqət var? Atəşkəs 1994-cü ildən davam edir, konflikt ara-sıra aktiv hərbi əməliyyatlara keçir, ancaq bir şəkildə çözülmür. Daha dəqiqi, Azərbaycan Dağlıq Qarabağı və digər işğal edilən əraziləri hansısa səbəbdən işğaldan azad edə bilmir. Bu mənada Lavrova haqq qazandırmaq mümkün deyilmi?

- İşğalı dayandırmaq sözsüz ki, sadə məsələ deyil. Ancaq bütün dünyanın qəbul etdiyi həqiqətlər var – Ermənistan işğalçıdır, işğal olunan ərazilər Azərbaycanındır. Beynəlxalq sənədlərdə bu açıq şəkildə təsbit olunub. Ancaq həmin beynəlxalq sənədləri diqqətlə analiz edəndə görünür ki, problemin həlli Azərbaycanın yurisdiksiyasından alınaraq beynəlxalq qurumlara verilib. 

Şübhəsiz ki,işğal faktının  davam edəcəyi və dünya birliyinin konfliktin həllinə yönəlmiş səyləri ciddi nəticə vermədiyi təqdirdə,Azərbaycan işğal altında olan əraziləri azad etmək hüququnu özündə saxlayır.Bu baxımdan  Azərbaycanın özünün müdafiə imkanlarını daha da artırmaq siyəsətini gələcəkdə də davam etdirməlidir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar