Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lapşinin irəli sürdüyü iddialar cəfəngiyyatdır” - Deputat

“Lapşin ömür boyu Azərbaycan fobiyası ilə yaşayacaq. Bir adamın teatrı kimi onu hələ çox izləyəcəyik”


Bu sözləri deputat Zahid Oruc blogger Aleksandr Lapşinin Azərbaycan əleyhinə irəli sürdüyü iddiaları şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlum olduğu kimi, Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Belarusda həbs olunaraq Azərbaycana gətirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2017 tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilən İsrail və Rusiya vətəndaşı olan blogger Aleksandr Lapşin sentyabrın 11-i Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən əfv olunub.

İşğal altında olan Dağlıq Qarabağa Azərbaycandan iznsiz səfər etdiyinə görə həbs edilən bloqqer Aleksandr Lapşin prezidentin əfv fərmanıyla azad olunduqdan və Azərbaycan hüdudlarını tərk etdikdən sonra Azərbaycan əleyhinə müxtəlif ittihamlarla çıxış edir və Lapşinin bu ittihamları erməni mətbuatında geninə-boluna işıqlandırılır. Son olaraq bloqqer onun həbsinə görə,  Azərbaycanın milyardlarla dollar əvəz ödədiyini bildirib. Bloqqerin iddiasına görə, məhz onun həbsinə görə Putin ÜmumRusiya Azərbaycan Konqresini ləğv edib və minlərlə azərbaycanlını Rusiyadan deportasiya etdirib. Həmçinin bloqqerin iddiasına görə, onu Bakıya təhvil verdiyinə görə Belarus prezidenti Lukaşenko Azərbaycandan aldığı neftin qiymətinin 30% aşağı salınmasına nail olub. Bütün bu baş verən proseslər fonunda isə Azərbaycana turist axını azalıb. Maraqlıdır ki, blogger Aleksandr Lapşinin  bu iddiaları nə dərəcədə həqiqətə uyğundur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Orucun fikirlərini öyrənib.

Image result for zahid oruc

Zahid Oruc: “Bu cür məsələlərlə bağlı qərarlar  heç bir halda hansısa fərdin üzərindən verilə bilməz.”.


A.Lapşinin Azərbaycan əleyhinə irəli sürdüyü iddialarının əsassız və uydurma olduğunu vurğulayan deputat Zahid Oruca görə, iki ölkə arasında münasibətlər və əməkdaşlıqlar hansısa fərd üzərində qurulmur:

Lapşin dayanıqlı adam olmadığına görə və böyüklərlə deyişməklə, məşhurluq qazanmaq istədiyi üçün yalançı uydurmalarla çıxış edə bilər. Rusiya-Azərbaycan münasibətlərini korlaya biləcək qərarın Lapşin üzərindən verildiyini düşünmək sadəlövhlük olar. Rusiyada fəaliyyət göstərən hansısa konqreslə bağlı məsələlər hüquqi müstəvidə cərəyan edir və orada yaşayan soydaşlarımız prosesinin qarşısında dayanmaq üçün müxtəlif tədbirləri ələ alıblar. Qərar qüvvədə saxlanıldığı təqdirdə alternativ təşəbbüslərə də baş vurulub. Ümidvaram ki,  Rusiyada yaşayan azərbaycanlılar özlərinin mədəni, siyasi, ictimai məsələlərində lazımi səviyyədə iştirak edəcəklər və qonşu ölkədə öz talelərinin  müəyyənləşməsinə şərait yaradacaqlar. Bu cür məsələlərlə bağlı qərarlar  heç bir halda hansısa fərdin üzərindən verilə bilməz. Ona görə də Lapşinin iddiası tam əsassızdır.

Azərbaycanın Lapşini cəzalandırması  və sonra əfv etməsinin səbəbi var. Ötən 10 illər ərzində Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu ortaya qoyarkən və bununla BMT qərarlarına əsasən hər bir xarici ölkə vətəndaşının  və ya dövlətinin hesablaşmalı olduğunu irəli sürərkən ermənilər əks siyasəti stimullaşdırırdılar. Yəni, işğal reallığını tanıtdırmaq üçün daha çox insanlar cəlb edirdilər ki, Qarabağ Qafqazın  mirvarisidir və müstəqil bir dövlət kimi tanınmalıdır. Ermənilər bu yolla gələcəkdə özlərini beynəlxalq aləm qarşısında subyekt kimi tanıtmağa çalışırdılar. 

Belə bir siyasət nəticəsində Azərbaycan məcbur olaraq “qara siyahı”lar tərtib etməyə məcbur oldu. Bu baxımdan A.Lapşin də işğal olunmuş əraziyə iznsiz getməsi səbəbiylə həbs olunmuşdu. Lapşin hər zaman  Azərbaycan əleyhinə “komputer qəhrəmanlığı”nı davam etdirib. Həbsi ilə onun  Azərbaycan əleyhinə olan fəaliyyətinin qarşısı alınıb. Nəinki Azərbaycan qanunları, o cümlədən beynəlxalq hüquq nöqteyi-nəzərindən Lapşinin cəzalandırılması tamamilə düzgün tədbir idi. 

Zahid Oruc: “Lapşin necə önəmli fiqurdur ki, ondan ötrü bir ölkə öz torpağından və yaxud sərvətindən  imtina etmiş olsun?!”


Bu baxımdan İsrail, Rusiya, Belarus çərçivəsində məsələyə edilən yanaşmalar da bu ölkələrin  ölkəmizlə münasibətlərində hansısa formada gərginliyin yaranmasına şərait yaratmadı. Bu, bir görk əməlinə çevirildi. Çünki  ermənilər daha çox insanların işğal olunmuş əraziləri ziyarət etmələrini və erməni torpağı kimi tanımalarını istəyirdilər. Lakin ermənilərin bu istəyi xeyli dərəcədə əngəlləndi və Azərbaycan öz möqveyini ortaya qoya bildi. 

Lapşinin geri dönəndən sonra məlum hərdəmxəyallığının sübuta yetirildiyini görüb, yenidən sosial mediada özünü qəhrəman kimi aparmağa başlayıb. Onun mənəvi-psixoloji durumunda çox ciddi problemlər var və aşınmaya məruz qalıb. Ermənistan bu cür insanların erməni siyasətində mühüm  yer tutub, ciddi nəticələr qazanacaqlarını düşünürlərsə, bu, çox yanlış yanaşmadır. Lapşin kimi insanlar heç bir ölkəyə xeyir verə bilməzlər. Bu baxımdan Lapşinin Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayıb. 

Lapşinin Belarusla bağlı irəli sürdüyü iddia da cəfəngiyyatdır. Görünür, məlum faiz güzəştini özünün qiyməti kimi təqdim etməyə çalışır. Lapşin necə önəmli fiqurdur ki, ondan ötrü bir ölkə öz torpağından və yaxud sərvətindən  imtina etmiş olsun?! Bu, ağılagəlməz bir məsələdir. 

Lapşinin bu iddiasının əsassız olduğunu göstərmək üçün Azərbaycanla Belarus arasında baş tutan razılaşmaların rəqəmlərinə baxmaq kifayətdir. Görəcəksiniz ki, həmin dönəmdən etibarən Lapşinin iddia etdiyi kimi hansısa dəyişiklik yoxdur. Lapşin bu mövzuda  ölkə daxilində hakimiyyət əleyhinə lövbər salan şəxslərin beyninə bir virus atıb ki, bu arqumenti tirajlasınlar və həqiqət kimi qəbul edilsin. 

Mahiyyətcə, psixoloji müharibənin şərtlərinə uyğun qurulmuş oyundur. Ancaq ciddi adamların nəzərində bu oyunu darmadağın etmək o qədər də çətin deyil. Lapşin ömür boyu Azərbaycan fobiyası ilə yaşayacaq. Bir adamın teatrı kimi onu hələ çox izləyəcəyik”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar