Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lapşin bloqer yox, təxribatçıdır” - Səbuhi Abbasov



Azərbaycanın dövlət sərhədlərini pozmaqda, onun ərazi bütövlüyünə qarşı yönəldilən açıq çağırışlar etməkdə təqsirləndirilən üç ölkənin vətəndaşı Aleksandr Lapşin Minsk şəhərində saxlanılaraq fevral ayının 7-də Bakıya ekstradisiya olundu


Bu həm də Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin növbəti təzahürüdür.

Məsələyə münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Lapşinin Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlər etdiyini, "Dövlət sərhədi haqqında” və "Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarını kobud şəkildə pozduğunu dedi: "Lapşinsosial mediadaAzərbaycan dövlətini aşağılayan çağırışlarla çıxış etməsi onun barəsində cinayət işinin qaldırılması və beynəlxalq axtarışa verilməsi ilə nəticələndi. Buna baxmayaraq jurnalistika pərdəsi altında gizlənən, özünü bloqqer kimi təqdim etməyı çalışan Lapşin 2016-cı il aprel döyüşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən sonra sosial şəbəkədə Azərbaycan Respublikasına dair qərəzli materiallar yayaraq onun ərazi bütövlüyünə qarşı təxribat xarakterli çağırışlar səsləndirməyi davam etdi. Xarici İşlər Nazirliyi işğal altında olan ərazilərə qanunsuz səfərləri ilə əlaqədar onun adını qara siyahıya”daxil etsə də, Lapşin nəinki məsuliyyətini dərk etmədi, əksinə özünün yazdığı kimi, "Azərbaycanın qadağan rejimini” məqsədli şəkildə pozacağını, Dağlıq Qarabağa yeni səfərlər edəcəyini vəd etmişdir. O, hətta biraz da irəli gedərək "qara siyahı”da ilk pilləyə qədər yüksələcəyini qarşıya məqsəd kimi qoymuşdur. Təbii ki, bütün olanlardan sonra Azərbaycan öz gücünü ortaya qoymalı idi və qoydu de. Etiraf etmək lazımdır ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu və Belarusla ölkəmiz arasında olan strateji tərəfdaşlıq Lapşinin cinayət dolu arzularını öz ürəyində qoydu. Biz məsələnin ən həssas nöqtəsinə xüsusi diqqət yetirməliyik. Lapşin öz məkrli niyyətini, erməni diaporasının arzularını reallaşdırmaq üçün öncə media nümayəndəsi, daha sonra bloqqer roluna girir. Bu sosial status onun daha da böyü şərəfsizliklərə, cinayətlərə imza atmasında yardımçı olacaqdı. Dünyada terrorizmin bir neçə növü var: fiziki məhvə yönələn, eyni zamanda, zeyni məhvə yönələn. Lapşin əslində terrorizmin ən son növü hesab olunan "online terrorizm”lə məşğul olurdu. Bu isə olduqca təhlükəli bir məqam idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın fonunda internet üzərindən təxribatverici çağırışlar etmək təbii ki, cavabsız qala bilməzdi. Bir sözlə Lapşin bloqer yox, təxribatçıdır. Bu həm də bu "yola” qədəm qoymaq istəyən digər satqınlara da yaxşı dərs oldu”(7news.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar