Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kurtlar Vadisi”nə görə həbs edilən ananın mətbuata müraciəti

Ucarda “Kurtlar Vadisi” adlı cinayətkar dəstənin işi ilə əlaqədar həbs edilən Fuad Hüseynovun anası mətbuat nümayəndələrinə müraciət edib


Süsanə Hüseynova iddia edir ki, oğlu 2010-cu il oktyabrın 14-də şərlənərək həbs edilib. Müraciətdə bildirilir ki, Fuad Hüseynovun qondarma ittihamlarla həbs edildiyi beynəlxalq təşkilatların hesabatlarında da yer alıb.

“Ölkədaxili bütün məhkəmə instansiyalarını keçsək də, ədalətsiz, sifarişli qərarlar çızarıldı. Pulumuz və yüksək vəzifədə qohumumuz olmadığı, ortada həm də sifariş olduğu üçün məhkəmələr qanunları yox, sifarişi əsas tutdular. Nəticədə 3 ildən çoxdur ki, Fuad həbsdə, biz isə burda əziyyət çəkirik. Qondarma zərərçəkən Akif Cəmşid oğlu Cəfərov məhkəmələrdə açıq etiraf etdi ki, 3 iyul 2010-cu il tarixdə saat 18 radələrində Fuad bizə qarşı heç bir cinayət törətməyib, yarandır, biz sifarişlə özümüzə bıçaqla xəsarət yetirərək, Fuadı şərləmə planını həyata keçirmişik. Bu cinayət işinin qondarma olmasını 27 şahid, 1 zərərçəkən ifadəsində etiraf edib, sorğu əsasında sənədlər əldə edilib, audio və video materiallar var. Zərərçəkənlər bu barədə KİV-də də çıxışlar ediblər”.

Məhkum anası iddia edir ki, oğlunun yeganə günahı Ucarın hüquq-mühafizə orqanlarının “Kurtlar Vadisi” qruplaşması ilə əlaqələrini ictimailəşdirməsinidir.

Süsanə Hüseynova prezident İlham Əliyevə də müraciət edib və oğlunun günahsız olduğunu bildirib.

Qeyd edək ki, həmin cinayətkar dəstənin qurbanlarından biri də keçmiş vicdan məhbusu Taleh Xasməmmədov olub. O, prezidentin 26 dekabr 2012-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılıb. Fuad Hüseynov isə Ucar rayon məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar