Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kürdlər Azərbaycan ərazilərinə iddialarını gizlətmirlər”


“Kürdüstanın tanınması məsələsində Azərbaycan özünün müttəfiqi olan Türkiyənin siyasətinə uyğun hərəkət edəcək”


Qafqazinfo” xəbər verir ki, bunu AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Azərbaycan parlamentinin keçmiş vitse-spikeri, akademik Gövhər Baxşəliyeva “Virtualaz.org”a müsahibəsində deyib.

Lakin alim istisna etmir ki, Kürdüstan müstəqil olmaya da bilər, çünki qonşu ölkələr onun suverenliyinə qəti etiraz edirlər: “İstənilən halda, Azərbaycan bu məsələdə Türkiyə ilə eyni mövqedən çıxış etməlidir. Yeri gəlmişkən, Azərbaycan həmişə dövlətlərin parçalanmasına qarşı çıxıb. Bakı separatçı qurumları tanımır və bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir”, - akademik qeyd edib.



O xatırladıb ki, kürdlər heç vaxt Azərbaycan ərazilərinə iddialarını gizlətməyiblər və bunu nə vaxtlarsa dövlətimizin ərazisində Qırmızı Kürdüstan adlı qurumun mövcud olması ilə əsaslandırırlar. Lakin onun yaranması və mövcud olması tarixinin kürd xalqına heç bir aidiyyatı yoxdur. Bəli, ötən əsrin 20-ci illərində orada bir neçə min kürd yaşayıb və bolşeviklər onlar üçün kürd dilində tədris aparılan məktəblər açmağa qərar veriblər.

Lakin əhalinin yalnız 17 faizi bu dili özünün ana dili hesab edib, digərləri isə Azərbaycan dilində təhsil verən məktəblərdə oxumağa davam ediblər: “Səhv bir fikir var ki, Laçın, Kəlbəcər, QubadlıZəngilan rayonlarının əhalisini kürdlər təşkil edir. Bu belə deyil, orada türklər yaşayır və heç kim kürd dilini bilmir. Sadəcə olaraq, bir vaxtlar ermənilər hamıya, o cümlədən bizə təlqin edə biliblər ki, tarixən oralarda kürdlər yaşayıb”, - G.Baxşəliyeva sözlərinə davam edib.



Alim onu da qeyd edib ki, Yaxın Şərqdə yaşanan xaos ilk növbədə ABŞ-a lazımdır ki, regionu asanlıqla idarə edə bilsin: “Buna görə də, istisna etmirəm ki, məhz Ştatlar Kürdüstanın müstəqilliyini və İraqın parçalanmasını dəstəkləyəcəklər. Bu prosesdən əziyyət çəkən isə yenidən Qərb imperializminin maraqlarının qurbanına çevriləcək İraq ərəbləri olacaq”, - G.Baxşəliyeva hesab edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar