Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kupça“sız mənzillərə ipoteka krediti veriləcək?

"İpoteka kreditləri ilə bağlı məsələlər çoxdan müzakirə obyektidir. Cənab Prezident 2016-cı ilin birinci rübünün yekunları ilə bağlı iclasda da bu məsələyə toxundu. Hətta qeyd etdi ki, 200 milyon manat əlavə vəsait ayırmaq lazımdır ki, ipoteka krediti canlansın"


Bunu Sputnik-ə açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. "Biz 2016-cı ildə "İpoteka krediti haqqında" qanunu qəbul etmişik. Bundan sonra Azərbaycanda ipoteka ilə əlaqədar təxminən 2 min ailə İpoteka Fondu vasitəsilə mənzilə sahib olub", - deyə deputat bildirib.

V. Əhmədovun sözlərinə görə, vaxtaşırı ipoteka şərtləri yüngülləşdirilib, ağırlaşdırılıb: "Amma ümumi illik 4 faiz səviyyəsində saxlanılıb. Cənab Prezidentin təsdiq etdiyi kimi, ipoteka kreditləri sosial 4 faiz, kommersiya ipotekası 8 faiz səviyyəsində saxlanılıb. O vaxt İpoteka Fondu yaradılanda əvvəllər Mərkəzi Bankın nəzarətində idi. Amma indi cənab Prezident öz Fərmanı ilə sərbəst qurum yaratdı. Onun nizamnamə kapitalı 300 milyon manatdan yuxarıdır. Bu, böyük məbləğdir. İpoteka kreditinin verilməsində daha geniş təbəqəli əhalini əhatə etmək üçün nizamnamə kapitalının 300 milyon manatdan yuxarı təsdiq edilməsi müsbət haldır".

"İpoteka ilə alınan evlər təmirli olmalıdır. Çünki, Fond vasitəsilə ipoteka ilə mənzil alan insanların çoxu yüksək gəliri olmayan insanlardır. Onlar təmir üçün əlavə vəsait xərcləməsinlər deyə belə bir bəndi cənab Prezident çox müsbət addım kimi qeyd edib orda", - millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, "Şəhərsalma və Tikinti Məcəlləsi"nə uyğun mənzillərin istismarına icazə verilməsi məsələsi həmişə gündəmdə olub: "Amma bundan sui-istifadə halları da çox geniş olub. Birində qaz olmayıb, birində işıq və s. Bu Fərman mənzil bazarının daha da ciddi formalaşmasına təsir göstərəcək".

"Daha proqressiv addımlar atmaq olardı"

İpoteka kreditləri ilə bağlı sözügedən yeniliyi şərh edən "Əmlak Ekspert Mərkəzi"nin direktoru Ramil Osmanlının sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq hazırda yalnız təmirli yaşayış sahələrindən söhbət gedir: "Qazı, işığı və suyu var, divarları təmir olunmuş vəziyyətdədir və s. Yəni, içərisinə girib yaşamaq olar. İpoteka götürəndən sonra yenidən o mənzili təmir etmək üçün müəyyən bir vəsaitin cəlbi nəzərdə tutulmur".
"Prezidentin Fərmanında əlavələrdə qeyd olunan yeganə müddəa 15 və 25 faiz aralığında ilkin ödəniş məsələsidir. Eyni zamanda, Nazirlər Kabinetinin ucuz əmlakların siyahısını müəyyənləşdirəcəyi ilə bağlı müddəalar var, yəni bazar qiyməti əsasında. Bu iki məsələ diqqət çəkir. Amma düşünürəm ki, ilkin ödəniş məsələsində daha proqressiv addımlar atmaq, vacib qərarlar qəbul etmək olardı. Qalan digər məsələlər demək olar ki, köhnə qanunvericilikdən əsaslı şəkildə fərqlənmir", - ekspert bildirib.

"Bazarda fəallıq artacaq"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev isə hesab edir ki, yeni fərman tikinti şirkətlərini daha üstün səviyyəli xidmətlər göstərməyə məcbur edəcək. "Təmirsiz evlərin ipoteka vasitəsilə satışları demək olar ki, mümkün olmayacaq. Bu, onun qarşısını alır. Nəticədə də o olacaq ki, satılacaq evlər daha keyfiyyətli olacaq", - o, şərhində qeyd edib.

Bazarda xidmətlərin səviyyəsinin arta biləcəyini deyən mütəxəssisin fikrincə, digər tərəfdən istehlakçıların hüquqları daha yaxşı qoruna bilər: "İlkin bazar deyil, 2-ci bazarda fəallıq bir az da artacaq. Yəni, söhbət təmirli evlərdən gedir, artıq bazarda hazır təmirli evlər var. Onların satışı arta bilər".

"Ümumi kreditləşmə qaydaları mövcuddur. El arasında "novostroyka" kimi tanınan yeni tikilərdə olan mənzillərə ipoteka krediti veriləcək, bir şərtlə ki, onlar dövlət tərəfindən təhvil alınmış olsun, yəni "kupçası" olsun. "Kupça" yoxdursa, onu ipotekaya salmaq mümkün deyil, çünki, onun mülkiyyət hüquqları yoxdur", - deyə A. Rzayev əlavə edib.

İyunun 22-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Fərmanına əsasən, ""Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilib. İndiyədək "Azərbaycan İpoteka Fondu" ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilib. Dəyişikliyə əsasən isə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi tələbi aradan qaldırılıb.

"Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Fərmanda deyilir ki, cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar