Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Korrupsiya Qavrama İndeksində Azərbaycana daha yüksək bal verilməli idi”


Bugünlərdə “Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2016-cı il üçün Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib


 Bu dəfə Azərbaycan indeksdə 30 balla 176 ölkə arasında 123-cü sırada yer alıb. 

Hər il olduğu kimi, bu dəfə də Azərbaycanın KQİ üzrə aldığı bal, tutduğu yerlə bağlı müzakirələr açılıb. 

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyevin Strateq.az-a müsahibəsi də məhz bu mövzudadır:

– Əliməmməd müəllim, “Beynəlxalq Şəffaflıq” Təşkilatı 2016-cı il üçün Korrupsiya Qavrama İndeksini (2016 KQİ) təqdim edib. Bu il Azərbaycan indeksdə 30 balla 177 ölkə arasında 123-cü sırada yer alıb. Bilmək istərdik: KQİ nə üçün açıqlanır? Ümumiyyətlə, Azərbaycanın KQİ-də aldığı balı və sıralamada tutduğu yeri necə şərh edərdiniz?

– Bu gün dünyada korrupsiyaya qarşı mübarizə ilə bağlı müxtəlif alətlər və vasitələr tətbiq olunur. Çünki korrupsiya bütövlükdə bir ölkə deyil, bütün ölkələr üçün xarakterikdir. Bu fenomen hər bir ölkəni əhatə etdiyindən, buna qarşı mübarizə də beynəlxalq miqyasda aparılır. Beynəlxalq miqyasda aparılan mübarizənin üsullarından biri də, hər şeydən əvvəl, korrupsiyanın miqyasının ölçülməsidir. Korrupsiyanın miqyasının ölçülməsi prosesində də “Beynəlxalq Şəffaflıq” Təşkilatı 1995-ci ildən iştirak edir. Təşkilatın ölçmə üsullarından biri isə Korrupsiya Qavrama İndeksidir (KQİ). Bu, dünya səviyyəsində ən çox tanınan korrupsiya miqyasının təxmin edilməsi indikatorudur.  Bu indikatorun köməyi ilə korrupsiyanın miqyasına diqqət cəlb edilir.

1995-ci ildən bu günə qədər,  hər il “Beynəlxalq Şəffaflıq” Təşkilatı Korrupsiya Qavrama İndeksini elan edir. 1999-cu ildən Azərbaycan da Korrupsiya Qavrama İndeksinə daxil edilib və ölkəmizlə bağlı məlumatlar verilir.

1999-cu ildən bu günə qədər olan dövrə nəzər salsaq, görərik ki, hər il Azərbaycanın Korrupsiya Qavrama İndeksində yeri müəyyən dinamika üzrə artan xəttlə davam etməkdədir. Bu il də ölkəmiz, siz dediyiniz kimi, 30 balla 177 ölkə arasında 123-cü sırada yer alıb.

Bu indeksdə maksimum 100 ballıq qiymətləndimə nəzərdə tutulur. 100 bal o deməkdir ki, korrupsiya, demək olar, yoxdur, 0 bal isə korrupsiyanın vəziyyətinin hədsiz yüksək olmasını göstərir.

Bu illər ərzində Azərbaycanla bağlı dinamika mövcuddur. 2012-ci ilə qədər fərqli ölçmə üsullarından istifadə edilirdisə, 2013-cü ildən başlayaraq 100 ballıq sistem tətbiq edilir. Bu 100 ballıq sistemə baxanda isə, görürük ki, hər il Azərbaycana verilən bal artmaqdadır. Hazırda Azərbaycanın 30 balla 123-cü yerdə olması onu təsdiqləyir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə irəliləyişlər var və davam etməkdədir. Azərbaycanın Korrupsiya Qavrama İndeksindəki balı ölkəmizin orta göstəricilərə doğru irəlilədiyini göstərir.

Onu da deyim ki, Azərbaycanla bağlı 2016-cı il üçün qiymətləndirmədə 7 fərqli mənbəyə istinad etməklə qiymətləndimə aparılıb. Bütövlükdə isə Korrupsiya Qavrama İndeksi 2016-cı ildə 13 fərqli hesabatdan istifadə edilməklə aparılıb.

– Siz bu qiymətləndirmə ilə – göstərilən nəticələrlə razısınızmı?

– Açığı, biz bu 30 balla razı deyilik. Hesab edirik ki, Azərbaycanda aparılan islahatların dərinliyi, korrupsiyaya qarşı mübarizə istiqamətində əldə olunan nailiyyətlər, institutsional dəyişikliklərin daha genişmiqyaslı olması, korrupsiyanın aşağılarda məhdudlaşdırılması istiqamətində görülən tədbirlər Azərbaycanın Korrupsiya Qavrama İndeksində daha yüksək bal almasını şərtləndirirdi. Məsələn, təkcə ASAN Xidmətin təşkili və milyonlarla insana bu sistem çərçivəsində göstərilən xidmət məişət korrupsiyasını tamamilə məhdudlaşdırıb.

Eyni zamanda, bu bir həqiqətdir ki, son dövrlər elektron xidmətlərin sayı da getdikcə genişlənməkdədir. 400-dən artıq xidmət elektronlaşıb, 40-dan yuxarı dövlət orqanı Elektron Hökumət Portalına qoşulub.

Hesab edirik ki, bütün bu addımalr korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan verib. Ancaq təəssüf ki, bu reallıq indeksdə adekvat əksini tapmayıb.

Xatırladım ki, bütövlükdə “Beynəlxalq Şəffaflıq” Təşkilatı korrupsiyaya anlayış verərkən, üç səviyyəni qeyd edir: aşağıların korrupsiyası, yuxarının – dövlət orqanlarının korrupsiyası və siyasi korrupsiya.

Göründüyü kimi, “aşağıların korrupsiyası”na qarşı mübarizədə Azərbaycanda əhəmiyyətli nəticələr əldə olunub. Həmçinin aparılan islahatların genişliyi də Azərbaycana KQİ-də verilən balın yüksək olmasını zəruri edirdi. Sadəcə olaraq, burada problem bu qiymətləndirməni kimin həyata keçirməsində və hansı mənbələrin verdiyi məlumatlara əsaslanmasındadır.

– KQİ-nin hazırlanması metodologiyası, Sizcə, nə dərəcədə etibarlıdır və bu metodologiya reallıqda bütün aspektləri əhatə etməyə imkan verirmi?

– Əslində, KQİ-nin metodologiyası ilə bağlı həmişə mübahislələr olub. Onun etibarlılığı ilə bağlı da ciddi mübahisələr var. Bu mübahisələr həm siyasi, həm akademik dairələrdə, həm də bütövlükdə ekspertlər arasında gedir. Birincisi, burada “Beynəlxalq Şəffaflıq” Təşkilatının korrupsiyaya verdiyi anlayışın yaratdığı problemlərlə bağlı mübahisələrdir. Bu barədə başqa zaman geniş danışarıq. İkincisi, KQİ-nin korrupsiyaya qarşı mübarizə tədbirlərinin nəticəsi kimi qiymətləndirilməsi zamanı qeyri-peşəkarlığa, qiymətləndirmənin subyektivliyinə, reallığın düzgün əks etdirilməməsinə gətirib çıxaran səbəblər də var. Çünki KQİ  müxtəlif hesabatlar nəticəsində müəyyən olunur. Hətta bu metodologiya qüsurlu olduğuna görə, KQİ-ni yaradan Qraf Yohan Lambsdorf  bu metodologiyadan imtina etdi.

İndeksin formalaşması zamanı göstəricilər bir yandan iqtisadi sferada, digər tərəfdən isə siyasi sahədə fəaliyyət göstərən təşkilatların qiymətləndirməsinə söykənir. Azərbaycana münasibətdə baxsaq, görəririk ki, iqtisadi sahədə fəaliyyət göstərən qurumların hesabatlarında ölkəmiz həmişə yüksək bal alır. Dünya İqtisadi Forumunun qiymətləndirilməsində Azərbaycan həmişə yüksəlir. Amma siyasi sferadakı hesabatlarda isə Azərbaycanla bağlı qiymətləndirmə həmişə aşağı olur. Hətta KQİ-yə  baxsaq, görərik ki, Azərbaycanla bağlı bir təşkilat qiymətləndirmə zamanı aşağı – 9 bal verib. Bu, artıq bir ənənə halını alıb: hər zaman “Freedom  House” təşkilatı Azərbaycana qarşı qərəzli münasibət göstərir.

Sonda bu ballar toplanır və ortaq bal yaranır. Nəticədə Azərbaycanın balı aşağı olur. Bu da real olaraq situasiyanı ifadə edə bilməz. Ona görə ki, bu prosesə daxildən və xaricdən ekspertlər cəlb olunur. Bu ekspertlərin kimlər olması və nə üçün bu qənaətə gəlməsini göstərən faktlar isə yoxdur, açıqlanmır. Onlar yalnız təəssüratlara əsaslanırlar. Bu zaman məlum olmur ki, həmin ekspertlər hansı sosial, siyasi düşərgəni və ya maliyyə qrupunu təmsil edir. Bu, istər-istəməz qiymətlənidrmə zamanı verilən ballara təsir göstərir. Digər tərəfdən, həmin ekspertlər hansı məlumatlara istinad edir, bununla bağlı da KQİ-dən məlumat almaq olmur. Buna görə də KQİ tam obyektiv bir qiymətləndirmə sayıla bilməz.

Eyni zamanda, “Beynəlxalq Şəffaflıq” Təşkilatı təkcə bu indeksə söykənmir, digər indekslərdən də istifadə edir. Korrupsiya Barometr İndeksində Azərbaycanla bağlı həmişə daha yüksək nəticələri görürük. Hətta 2013-cü ildə Korrupsiya Barometri zamanı Azərbaycandakı korrupsiyanın səviyyəsinin qiymətləndirilməsi zamanı məlum olmuşdu ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin effektivliyini respondetlərin 68 faizi müsbət qiymətləndirib. Bu da, orta göstəricisinə görə, Avropa və digər ölkələrdən 3 dəfə yüksəkdir. Çünki bu, əhalidən birbaşa sorğu əsasında öyrənilirdi. Bu zaman da əhali qiymətləndirmə ilə bağlı öz fikirlərini söyləmək imkanına malik olurdu. Ancaq KQİ-də yalnız “ekspertlərin” qiymətləndirməsi var. Bu da nəticənin tam olaraq obyektiv olmasına şübhə yaradır.

Hesab edirəm ki, KQİ-nin kriteriyalarının daha da dəqiqləşdirilməsinə ehtiyac var.  Yaxşı olardı ki, korrupsiya ilə bağlı məsələlərin qiymətləndirilməsi zamanı peşəkar təşkilatların məlumatlarına istinad edilsin. Məsələn, BBT-nin narkotiklərlə,  mütəşəkkil cinayətkarlığa qarşı departamentinin, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının, Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (QREQO)  hesabatlarına istinad etmək olar. Ümumilikdə götürsək, görərik ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə dinamika var.

– Son illər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əsas trendlər, nailiyyətlər və problemləri qısa necə ifadə edərdiniz?

– Uzun illərdir Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Əməkdaşlıq Şəbəkəsinin koordinatoruyam. Eyni zamanda “Konstitusiya” Araşdırmalar Fondu da mütəmadi olaraq korrupsiyaya qarşı mübarizənin səviyyəsinin öyrənilməsi ilə bağlı təhlillər aparır. Eyni zamanda, “Şəffaflıq Azərbaycan” Təşkilatı ilə birlikdə “2012- 2015-ci illər Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı”nın da icrasının monitorinqini aparmışıq. Bu monitorinq zamanı maraqlı nəticələrin şahidi olduq.

Yeri gəlmişkən, qeyd edim ki, hətta bu monitorinqin metodologiyasını “Beynəlxalq Şəffaflıq” Təşkilatının ekspertləri hazırlayıb. Hazırlanan metodologiyaya uyğun olaraq, bizim apardığımız monitorinqin nəticəsində 2012-2015-ci illər Korrupsiyaya Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planının 83 faiz icra olunduğu təsdiqləndi.

Biz real vəziyyəti qiymətləndirdik. Birincisi, Azərbaycanda qanunvericiliyin vəziyyətini.  Korrupsiyaya qarşı mübarizə ilə bağlı mühüm addımlardan biri qanunvericiliyin vəziyyəti ilə bağlıdır. Qanunvericilik korrupsiyanın qarşısını almaqda adekvatdırmı? Azərbaycanda bu sahədə yetərincə əhəmiyyətli irəliləyişlər var və bu, davam etməkdədir.

İkinci vacib məsələ korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qrumların fəaliyyətidir. Həm Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissya əhəmiyyətli dərəcədə korrupsiyaya qarşı mübarizəni koordinasiya edir, həm də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də korrupsiya faktlarına münasibətdə çox səmərəli fəaliyyətinin şahidiyik.

Digər məsələ də institusional dəyişikliklərin bütövlükdə səviyyəsi ilə bağlıdır. ASAN Xidmət nəinki ölkə, eyni zamanda dünya miqyasında Azərbaycanın intellektual brendi kimi tanınır və korrupsiyaya qarşı mübarizədə ən mühüm instrumentlərdən biridir. Əslində burada yaxşı idarəetmənin nümunəsi yaranıb ki, digər ölkələr də bu modeldən istifadə etməyə başlayıb. Dövlət orqanları tərəfindən bu sistem daxilində göstərilən xidmətlər zamanı korrupsiya sıfra enib ki, bu da çox vacib bir məsələdir.

Elektron xidmətlərə keçidlə bağlı genişmiqyaslı fəaliyyətlər həyata keçirilib. Dövlət orqanları arasında elektron sənəd dövriyyəsinin artması, eyni zamanda  ayrı-ayrı qurumların, xüsusilə də publik hüquqi şəxslərin yaradılması da öz müsbət təsirini göstərir. Dövlət bir sıra vəzifələrini artıq publik hüquqi şəxslər vasitəsilə həyata keçirməyə başlayıb ki, bu, idarəetmədə səmərəliliyin göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

Həmçinin, vətəndaş cəmiyyətləri ilə əlaqələrin genişləndirilməsi, genişmiqyaslı tərəfdaşlıq miqyasında korrupsiyaya qarşı mübarizənin birgə aparılması ilə bağlı səylər də müsbət nəticələr veririr. Son dövrlər yaradılan Hökumət-Vətəndaş Cəmiyyəti arasında Dialoq Platforması buna nümunədir. Burada vətəndaş cəmiyyəti hökumətlə birgə həm dövlət orqanları tərəfindən şəffaflıq və hesabatlılığın artırılması istiqamətində birgə fəaliyyət göstərəcək, həm də dövlət orqanlarının fəaliyyətinin monitorinqi bu platforma vasitəsilə həyata keçiriləcək. Eyni zamanda korrupsiyaya qarşı mübarizənin aparılması da bu platformanın əsas missiyalarından biri olacaq.  Sıx əməkdaşlıq səviyyəsinin artması, ictimai iştirakın genişlənməsi, qərarların qəbul edilməsi prosesində vətəndaşların iştirakçılıq səviyyəsinin artırılması – bütün bunlar hərtərəfli şəkildə korrupsiyaya qarşı mübarizənin effektivliyini gücləndirəcək və artıq nəticələr də var.

Son illər korrusiyaya qarşı mübarizə sahəsində QHT-lərin təşəbbüsləri də fəal dəstəklənir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası hər müsabiqə zamanı korrupsiyaya qarşı mübarizə, şəffaflıq, dövlət orqanlarınn fəaliyyətində hesabatlılığın artırılması sahəsində onlarla layihəni maliyyələşdirir. Bu da öz növbəsində korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin potensialını artırmağa imkan verir.  

Xüsusilə qeyd etmək lazımdır ki, iqtisadi sahədə aparılan islahatlar, lisenziyaların sayının azaldılması, prosedurların sadələşdirilməsi, yoxlamaların dayandırılması, biznes üçün əlverişli mühitin yaradılması və s. korrupsiyaya qarşı səmərəli, effektli mübarizənin şərtlərindəndir. Azərbaycanın beynəlxalq indekslərdə yerinin yaxşılaşması, xüsusilə Dünya İqtisadi Forumu ilə bağlı Azərbaycanda aparılan islahatların müsbət qiymətləndirməsi də bunu göstərir.

Eyni zamanda əhalinin fikirlərində də ayrı-ayrı sahələrdə korrupsiyanın olmadığını görmək mümkündür.

Buna görə də, hesab edirəm ki, bütövlükdə  vəziyyəti real qiymətləndirmək imkanı olsaydı, KQİ-də Azərbaycanın daha yüksək yerlərdə olduğunu görərdik.

Əlbəttə, korrupsiya var, buna qarşı mübarizə də davam edir. Bu proses davamlı xarakter daşımalıdır. Cəmiyyətlə dövlət orqanları arasında sıx əlaqləi şəkildə bu proses davam etməlidir. Bununla bağlı siyasi iradə var, bu siyasi iradənin olması korrupsiyaya qarşı mübarizəni daha da effektiv edəcək. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar