Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koroğlu” stansiyasına kütləvi şəkildə girişə icazə verilməyəcək


Bakıda keçiriləcək Birinci Avropa Oyunları zamanı sıxlıq yaranmasın deyə polis gücləndirilmiş iş rejimində çalışacaq


Ans press-in məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə çəkəcəklər.

Bakı Olimpiya Stadionundan “Koroğlu” metrostansiyası arasında təxmini 1200 metrə qədər məsafə var. Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək”, - deyə Səhlab Bağırov bildirib.

Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Bakı-2015 Avropa Oyunlarının açılışına hazırlıq məqsədi ilə 9 mayda Olimpiya Stadionunda 15 min tamaşıçının iştirakı ilə sınaq tədbirinin keçirilməsi nəzərdə tutulur.

Polis həmin tədbirdə də təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün nəzarət tədbirləri keçirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar