Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kopenhagen” UEFA-ya şikayət etdi


Danimarkanın “Kopenhagen” klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb


PİA.AZ-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 

“Kopenhagen” “Qarabağ”ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində sözügedən futbolçunun almacıq sümüyünün əzildiyi bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. Bu isə “Kopenhagen”in düşərgəsində narazılığa səbəb olub. Onların fikrincə, Medvedevə həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməli idi.

Elə bu üzdən də Danimarka təmsilçisi oyundan sonra UEFA-ya şikayət edib. “Kopenhagen” Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşünü buraxmasına nail olmaq istəyir. Klubun katibi Daniel Rommedal sözügedən məsələ ilə bağlı bunları söyləyib: “Müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik”.

Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar