Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Komissiyaya 850 sənəd təqdim edilib“


Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu başa çatıb


PİA.AZ xəbər verir ki, bu məlumatı Movqe.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli verib.

V. Səfərli bildirib ki, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu may ayının 22-dən başlayaraq iyun ayının 22-dək davam etdirilib: “Bu müddət ərzində yaradılmış Müvafiq Komissiyaya 850-ə yaxın sənəd təqdim edilib. Bundan əlavə, KİV əməkdaşları tərəfindən mənzillərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına da sənədlər daxil olub. Biz Komissiya toplanmış sənədləri iyul ayının 1-dək seleksiya edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edəcəyik”.

Qeyd edək ki, 2013-cü il iyul ayının 22-də prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən KİV əməkdaşları üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət daha bir bina inşa edilib. Jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər bu ilin iyul ayının 22-də – Milli Mətbuat günündə sahiblərinə təqdim ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli 1041 nömrəli Sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar