Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Komediya yox, tərbiyəsizlikdir” - Azər

“Səhər saat 6-da xoruzlarla bərabər oyanırıq. Çox çətin məsələdir. Tez yatmalısan ki, efirdə ayıq olasan. Vay o günə ki, futbol ola və gec yatasan”


Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Azər Axşam  “ATV kulis” verilişində deyib. O, bu yaxınlarda rol aldığı “4 baş” filmindən danışıb. O, ekran işindən narazı qaldığını söyləyib:

“Orada bəzi problemlər ortaya çıxdı, ürəyimcə olmadı. Sponsor bizi yarıyolda qoydu və səhnələri çəkə bilmədik. Rejissor əlində olan kadrlarla film yığdı. Ekran işində səs də mənim deyil, çünki səsləndirmədim. Üstün tərəf odur ki, filmdə söyüşdən istifadə edilmədi. 

İndi seriallarımız çoxdur, amma vaxt sıxıntısı var. Aktyora da lazımi qədər pul verilmir. Biz də məcbur oluruq bir neçə işin dalınca qaçaq. Çünki buradan aldığımız pulla dolana bilmirik”.

Azər yeni çəkilən komediya filmlərində söyüşlərdən istifadə olunmasını tənqid edib:

“Söyüşə qarşıyam. Bu mənim üçün komediya yox, tərbiyəsizlikdir. Nişanlını, bacını, həyat yoldaşını aparırsan filmə baxmağa. Nalayiq, tərbiyəsiz sözlər işlədilir. Komediyalara 18+ yazmırsız axı, hamının baxa biləcəyi formada verirsiniz. 8-9 yaşındakı uşaq baxır və atadan söyüşün mənasını soruşur. Bu, artıq yumor deyil. Çox deyəndə sən işsiz, çəkilişsiz qalırsan. Səni filmlərə dəvət etmirlər. Tamaşaçı yaxşını pisdən seçə bilmir. Hər üzünü güldürən insana aktyor deyir tamaşaçı. Bu gün film yox, “mırt-film” çəkirlər. Heç kim inciməsin, mügakimə etmirəm. Gəlin, mümkün qədər sənəti yerə vurmayaq. Hırıldamaq gülmək deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar