Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kölgə iqtisadiyyatına” qarşı birgə əməliyyatın pərdəarxası

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500.000 ədəd saxta aksiz markası aşkar edilərək götürülüb


DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.

Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.

Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, – deyə, DTX-nın məlumatında bildirilib.

Yada salaq ki, saxta araq istehsalı üçün nəzərdə tutulan aksiz markaların ən çox Gürcüstan vasitəsilə ölkəmizə gətirilməsinə cəhd edilir. Ötən ilin sonunda DTX Gürcüstanla sərhəddə 619 min 500 ədəd saxta aksiz markasının ölkəmizə gətirilməsinin qarşısını alıb.

Vergilər Nazirliyi tərəfindən uzun müddətdir ki, Bakıda və bölgələrdə pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksizli məhsulların satışı hallarını müəyyən etmək məqsədilə monitorinqlər aparılır. Son bir ay ərzində bu tədbirlər bir qədər də intensivləşdirilib. Əməliyyat yolu ilə belə məhsulların ticarət şəbəkələrinə çatdırılma yolları və satıldığı əsas obyektlər aşkarlanıb”. Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov “APA-Economics”ə müsahibəsində belə deyib.

X.İsgəndərov deyib ki, aparılan nəzarət tədbirləri zamanı Nəsimi rayonunda yerləşən “24 saat”, “Kral”, “Yaşıl”, “Yek”, “Buta”, “Azqranata”, “Kübar”, “№1″, ”24 saat” adlı mağazalarda aksiz markası ilə markalanmamış spirtli içkilərin və tütün məmulatlarının satılması müəyyən edilib. Qeyd olunan 9 mağazadan 26 min manatdan artıq məbləğdə aksiz markası olmayan tütün məmulatları və spirtli içkilər aşkar olunaraq götürülüb. Məmmədov Osman Akif oğluna məxsus “Kübar market”də, Rəfiyev Çingiz Əlövsəd oğluna məxsus “Şərab evi №1″də və Məmmədov Fəxrəddin Cəbrayıl oğluna məxsus ”24 saat” marketdə baxış keçirilərkən təsərrüfat subyektlərində külli miqdarda markalanmamış alkoqollu içkilərin və tütün məmulatlarının satış məqsədilə saxlanılması faktı da aşkarlanıb.

Bundan başqa, ötən həftə ərzində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən Bakının Qaradağ və Xəzər rayonlarında, Xırdalan və Sumqayıt şəhərlərində də yerləşən ticarət obyektlərində nəzarət tədbirləri keçirilib, külli miqdarda aksizsiz və saxta aksiz markası olan məhsullar aşkar edilib”.

Departamentin baş direktoru deyib ki, malların satışı ilə məşğul olan və bu məhsulların satış şəbəkələrinə çatdırılmasını təşkil edən şəxslər saxlanılıblar və faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanılıb. O deyib ki,  bu işlə məşğul olan və qanundankənar fəaliyyətlə məşğul olanlar qanunvericiliyin müddəaları çərçivəsində çox sərt şəkildə cəzalanacaqlar. “Əsas məqsəd ”kölgə iqtisadiyyatı”nı daraltmaq, aksizsiz malların satışını sıfır səviyyəsinə endirməkdir”-deyə, o bildirib.

Nazirlik rəsmisi deyib ki, avtobus dayanacaqlarındakı köşklərə, ticarət obyektlərinə və digər satış məntəqələrinə bu cür malların “ayaq açması” və onların həcminin həddindən artıq böyük olması onu göstərir ki, bu bütöv bir cinayətkar şəbəkənin işidir və bu şəbəkə çox geniş fəaliyyətdədir.

X.İsgəndərov cinayətkar qrupun necə “işlədiyini” də açıqlayıb: “Bu məhsulların satışı üçün müxtəlif yerlərdə ayrıca satış köşkləri qurulur. Bir çox hallarda isə məhsullar ticarət şəbəkəsinin özündə deyil, yaxınlıqda saxlanılan nəqliyyat vasitələrində və gizli saxlanc nöqtələrində gizlədilir. Kollektiv surətdə, düşünülmüş sxem əsasında bir-biriləri ilə əlaqədə olan qrup üzvləri qanunsuz malı satış nöqtələrinə çatdırırlar”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən, belə marka olmadan məhsulların az miqdarda satılmasına, satış məqsədilə saxlanılmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 80 manatdan 90 manatadək, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək miqdarda cərimə edilir.  Lakin əgər belə məhsullar xeyli (500-2000 manat) və ya külli miqdarda (2000 manatdan yuxarı) aşkar edilərsə, bu zaman məsuliyyət Cinayət Məcələsi ilə tənzimlənir. Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulları xeyli miqdarda istehsal etmə, satma və idxala görə, 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni əməllər külli miqdar təşkil etməklə, eləcə də təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar