Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kökənin dadı”

Ayxan Ayvazın hekayəsi


Bu gün Beynəlxalq Sevgililər günüdür. 

Bu münasibətlə Ayxan Ayvazın “Kökənin dadı” hekayəsini təqdim edirik

 
Elə üşüyürəm, O da yoxdu ki,
gəlib əllərini sərə üstümə.

Salam Sarvan

Kafedən çıxhaçıxda köhnə sevgilimlə qarşılaşdım. Əvvəl tanımadım, əlini havada yelləyib dovşan kimi tullananda yaxına gəldim. Qıvrım-qıvrım saçı, göy gözləri ilk gördüyüm kimi idi. Uzun, boyaqsız dırnaqları, rəngarəng koftası onu az-maz dəyişdirmişdi.

Həmənki mehribanlıqla baxmırdı, elə bil, hansısa filmi çəkməyə hazırlaşan, bunun üçün aktyor axtaran rejissorlar kimi ciddi görünürdü.

Dostumla onların masasında əyləşdik. Köhnə sevgilim xoşbəxt görünürdü, üzü gülürdü. Hamı susmuşdu. Başlarını aşağı salıb telefonla oynayırdılar. Qarşımdakı külqabını əlimlə fırlada-fırlada çilçırağa baxırdım.

Qısa sükutdan sonra köhnə sevgilim məclisin ağsaqqalı kimi böyür-başındakı saqqallı oğlanları tanış elədi. O gün hansısa metroda qızın biri ilə öpüşdüyümü, onu bağrıma basdığımı tez-tələsik, sözlərin qol-qabırğasını qıra-qıra danışır, ancaq gülüşünü boğa bilmədiyindən əhvalatını heç cür axıra çatdıra bilmirdi.

Bir siqaret yandırıb mənə göz elədi və uğunub getdi. Tüstünün arxasında gülməkdən gözləri yaşaran köhnə sevgilim döşünün üstünə düşən saçını arxaya atdı, çipsi götürüb yanındakı oğlana uzatdı.

Səs-küydən istifadə edib dostumun qulağına əyildim:

- Köhnə sevgilimdir...

Əvvəllər tez-tez kökə hazırlayıb gətirir, mənə zorla yedirirdi. Əli ilə şirin kökəni ağzıma təpirdi. İnciməsin, küsməsin deyə çar-naçar bişirib gətirdiyi hər cür dadsız-duzsuz yeməkləri mədəmə ötürürdüm. Bilirdim ki, çox yumşaq ürəyi var.

Ağlınıza gətirməyin ki, bu qızla “səni kim alacaq?”, “sən hələ yemək bişirə bilmirsən” kimi zarafatlar etmək olar. O, əzizlənməyi sevirdi, pişik kimi sığala gəlirdi.

Qabağına bir bakal pivə qoyub arada udumlayırdı. Bir az kökəlmişdi, bir də geyimi dəyişmişdi: belə daha gözəl idi. Mənim ona baxmağa cəsarətim çatmırdı. Utanıram? Yox. Bəs nədir? Gözləri ilə qarşılaşanda sanki üzümə deyəcəyi sözləri indidən əzbər bilirdim: “Sən hələ də böyüməmisən”.

Dostumun damağındakı siqareti yandırıb ona baxıram. Ofisiant pivə bakallarını götürəndə qulağına əyilib pıçıldayıram:

- Hə, deməli…

Evlərindən çıxmaq üçün min bir bəhanə axtarırdıq: kitab alacağıq, qız dostu ilə teatra gedəcəklər, təzə çıxan paltarlara baxacaq.

Onu gözlədiyim günlərin birində telefonuma mesaj gəlir:

“Bağışla, mama evdədir. Çıxa bilmirəm”. Bir yerdə oxuyurduq, eyni universitetdə. Aldığım qayıbların səbəbi də oydu.

- Uşaq kimi danışırdı mənlə. Belə deyirdi, aya, bunu da ye, bunu da… Nə günlər idi…

Bir dəfə içkiliydim, zəng eləyib bilmirəm, nə demişəm, səhər mesajı oxuyanda tüstü təpəmdən çıxdı: “Sən pissən. Yenə içmisən”. Zəng eləyib uşaq kimi könlünü aldım, hələ mağazaların birindən balaca ayı alıb hədiyyə etdim.

– Çox zülm verdi, get-gələ saldı, amma axırda barışdıq. Ölürdü mənim dərdimdən… – köhnə sevgilimin yanındakı oğlanla öpüşdüyünü görüb sözümü yarıda kəsdim, pivə bakalını götürüb başıma çəkdim.

Yanındakı bəyi təqdim etdi: bu, mənim aşkımdır. Beləcə də dedi: “Bu mənim aşkımdır!”

Oğlan da çox mədəni idi, mənə “orda oturma, burda otur” deyir, darıxmamağım üçün arada gülməli nəsə danışırdı. Qarşımdakı boşalmış pivə bakalına işarə edən ofisiant xanımı unudub köhnə sevgilimin kiminsə qarasınca deyinib, sonra söyüşə keçməyinə tamaşa edirdim. Bir film kimi…

Kafedə oturanda hesabı bərabər verirdik. Dönəri yarıbayarı yediyimiz olub. Bir də uzun-uzun telefon danışıqları. Çox vaxt o danışırdı, mən susurdum. Elə bil hansısa müğənninin ifasına qulaq asırdım.

– Necə tanış olmusunuz? – dostum soruşdu.

O günü dumanlı xatırlayıram. Bəlkə də köhnə sevgilim daha yaxşı bilər. Paralel oxuyurduq, hər gün bizim qrup otağına gəlirdi. Rəfiqəsi ilə qapının ağzında söhbət edə-edə oğrun-oğrun mənə baxırdı. Bir gün bizim qrupla onların qrupunu birləşdirdilər.

– Riyaziyyat dərsi idi. Görərdin nətər həyacanlıyam. Oğlanlar bir tərəfdən, qızlar bir tərəfdən tırkalayırlar ki, kağıza yaz, ver ona. Uje bütün qrup bilir e… Sonra müəllim məni lövhəyə çağırdı. Nəsə misal verdi, eləyə bilmədim. Hamı güldü, elə pərt oldum ki… O da qabaq partada oturmuşdu, gülürdü hey.

Dərsdən çıxanda oğlanlar məni bir qırağa çəkib dedilər ki, yekə oğlansan, cəsarətin olsun, qabağını kəs de. Qızlar da gəlib ağıl verdilər. Səbrim tükənmişdi, qız da universitet qapısından çıxhaçıxdaydı.

- Tez saxladım. Aytən, salam. Güldü, o da salam verdi.

- Dedin?

- Hə. Elə promoy dedim. Dedim ki, istəmirəm başqasından eşidəsən. Mən səni sevirəm.

Dostuma sevgi tarixçəmizi danışa-danışa həm də bir bəhanə axtarırdım ki, burdan çıxıb gedim. Ancaq səbəb tapa bilmirdim. O, elə hey içirdi, siqaret çəkirdi, söyüş söyürdü. Ona baxırdım, xatirələr yadıma düşürdü, baxmırdım, məni söhbətə çağırırdı, deyirdi, nə kefsiz durmusan, danış görək.


- Noldu sonra?

- Heç, bir-iki gün get, gəl. Bezdirdim konkret. Sonra evlərinə ötürməyə başladım. Bərabər addımlayırdıq, qoluma girdi. Həmişə atam deyirdi ki, qızlar oğlanları pozur, inanmırdım. Blokun ağzına çatanda qaranlıq bir küncə çəkdi məni. Bədənim od tutub yanırdı, ürəyim sinəmdən çıxırdı sanki. Məni öpdü, sonra qaçdı.
 
Ofisiant gəlib masanı yığışdıranda ürəyim sıxıldı. Oğlanlardan biri təklif etdi ki, etiraf və cəsarət oyunu oynayaq. Hamı bir ağızla razılaşdı. İlk gedişdən butulkanın bir ucu mənə, o biri isə köhnə sevgilimə gəldi.

- Cəsarət, yoxsa etiraf? – soruşdu.

- Etiraf.


- Hmm… – xeyli fikirləşdi. – İlk dəfə kiminlə, nə vaxt yatmısan?

Açığı, ondan belə bir sual gözləmədiyim üçün duruxdum. Sonra isə utandığımı hiss etdirməmək üçün tez-tələsik cavab verdim.

- 9-cu sinifdə.

- Kimlə? – güldü.

- Fahişəylə. – hamı qaqqıldadı.

- Necə? Danış da…

- Nəyi danışım?

- Necə oldunuz?

- Adam kimi…

Güldü, oyun təzədən başladı, masaya pivələr gəldi.

Onunla söhbət etdiyim zamanlar yadıma düşdü:

- Bax, gərək hər kəsi olduğu kimi qəbul edəsən. Azad olmaq lazımdır. Bəsdir qapalı yaşadın.

- Nə danışırsan e? O qızlar var e, azad dediyin, hamısı tərbiyəsizin biridir.

- Elə demə. Hamının öz şəxsi həyatı var. Qarışma.

- Ata-anası qarışır da. Burda olmur azad olmaq. Başa düşürsən? İmkan vermirlər… Sən oğlansan, başa düşməzsən. Sizə nə var?

Hamı keflənmişdi. Köhnə sevgilim qırıq val kimi nəsə danışırdı. Onun rabitəsiz, yöndəmsiz söhbətlərinə qulaq asan deyildim. Cibimdəki pulları masaya atıb kafedən çıxdım, ardınca da dostum mənə yetişdi.

- Niyə ayrılmışdınız?

- Bilmirəm.

Doğrudan yadıma düşmürdü. Həqiqətən, biz nəyə görə ayrılmışdıq? Heç bu haqda düşünməmişdim. Bəlkə də bütün ayrılanlar belədirlər, səbəbini bilmirlər. Elə sevənlər də. Kimə soruşursan, eyni cavab: bilmirəm.

Soyuq idi, titrədiyimi hiss elədim. Bir də onun bir vaxtlar mənə dediyi sözlər yadıma düşdü: “Toyumuz olanda çox içmə ha”.

Arxadan kimsə məni səslədi. Çönüb baxdım: köhnə sevgilim əlində gödəkcəm gülümsəyirdi…(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar