Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kim torpağını sevirsə və ölkə üçün əziyyət çəkirsə, dövlət onu qiymətləndirir”



“Kim torpağını, millətini sevirsə, ölkə üçün zəhmət çəkirsə bu dövlət onu qiymətləndirir”


Bu sözləri APA-ya açıqlamasında Azərbaycan prezidentinin sərəncamı ilə yeni təsis edilən I dərəcəli “Əmək ordeni” ilə təltif olunmuş Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev deyib. 

O. Həziyev Cocuq Mərcanlı işğaldan azad olduğu tarixdən bəri ailəsi ilə bu kənddə yaşadığını söyləyib: “İyirmi üç il qohumsuz, qonşusuz yaşadıq. Amma bu gün bunun həm maddi, həm də mənəvi əvəzini aldım. Cənab prezident həmişə vurğulayıb ki, hər bir azərbaycanlının prezidentidir. Mən bunu öz həyatımda yaşadım və gördüm. Mənə verilən evin orderini şəxsən təqdim etdi. Bu ev artıq mənim mülküm hesab olunur”.
 
O. Həziyevin sözlərinə görə, istifadəyə tam hazır olan orta məktəb binası kəndin ilk şəhidi Novruz Aslanovun adını daşıyır.
 
Qeyd edək ki, iyunun 14-də yenidən qurulan Cocuq Mərcanlıya səfər edən dövlət başçısı Həziyevlər ailəsi ilə görüşüb. Prezident bütün zəruri mebel və avadanlıqlarla təchiz olunmuş dördotaqlı mənzilin orderini, eləcə də “Əmək ordeni”nu şəxsən O. Həziyevə təqdim edib. Bundan başqa, O. Həziyev Cocuq Mərcanlı qəsəbəsinin ərazi nümayəndəsi təyin olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar