Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kim dedi Artsax əlimizdən gedəcək?”


Onda niyə Azərbaycan son razılaşmanı imzalamır?


Sarkisyanın biabır olduğu qapalı görüşdən…

Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sərkisyanın bu ilin yanvarında Çexiyaya səfəri zamanı ölkəsinin Praqadakı səfirliyində yerli erməni diasporunun üzvləri ilə keçirdiyi qapalı görüşün stenoqramı mətbuata sızıb.

“Aravot” qəzeti bugünkü sayında stenoqramın tam mətnini dərc edib. Oradan məlum olur ki, Sərkisyanla diaspor üzvləri arasında əməlli-başlı mübahisə olub.  Mövzu isə Ermənistanın dilənçi kökündə olması, Qarabağ, Sərkisyanın Gömrük İttifaqına üzvlük qərarı, inhisarçılıq, kütləvi miqrasiya barədə olub.

Xəbərdə bildirilir ki, görüşün keçirildiyi zaldan bütün səsyazan qurğular və videoavadanlıqlar çıxarılıb. Ancaq prezidentin şəxsi operatoruna qalmağa icazə veriblər.

Sərkisyan monoton çıxışına başlayıb, Ermənistanda iqtisadiyyatın “sürətli inkişafından”, miqrasiyanın azalmasından, xarici siyasətinin uğurlarından və s. danışıb. Daha sonra diaspor üzvləri Sərkisyana sual verməyə başlayıblar.

Larisa Qriqoryan adlı erməni Şarl Aznavurdan sitat gətirir: “O qədər də çox vaxt keçməyəcək, Ermənistan boş xarabalığa çevriləcək. Bu, kimə sərfəlidir – varlılara, quldurlara, bir neçə mafioza? Mən bilirəm ki, bizim balaca bədbəxt ölkəmiz var və gündən-günə ölməkdədir”.
“Cənab prezident, əgər siz bu mövqe ilə razılaşırsınızsa, o zaman günü-gündən artan miqrasiyanı və dilənçiliyi necə dayandırmaq olar?” - deyə o, Sərkisyana sual verir.

Sərkisyan: “Mənim Aznavura musiqiçi kimi çox böyük hörmətim var, ancaq o, Ermənistandan çox uzaqdadır və situasiyadan xəbəri yoxdur. Miqrasiyanın artmaına gəldikdə isə siz erməni dili müəllimisiz, ancaq “artan” sözünün mənasını o qədər də yaxşı ayrıd etmirsiniz. İqtisadiyyat nə qədər artıb, ÜDM nə qədər artıb, bu da 2012-ci ildən miqrasiyanın azalmasına səbəb olub, bunlar ortadadır. Siz onunla razı deyilsiniz ki, həyat daha yaxşı olub, İrəvan küçələrində daha yaxşı geyinməyə başlayıblar?”

Yox,- deyə zalın axırıncı cərgələrindən Tamara Melkonyan adlı erməni Sərkisyanın sözünü kəsərək qışqırır.
Ermənistan təkcə İrəvan deyil, kəndlərə gedin və siz orada hansı dilənçiliyin hökm sürdüyünü görəcəksiniz” – o bildirir.
Sərkisyan əsəbiləşir: “Qalx ayağa görüm sən kimsən belə? Burada otura-otura haran bilirsən ki, elədir?”

Melkonyan mübahisəyə girir: “Bilirəm. Əvvəl qohumlarıma nə qədər pul göndərirdimsə, indi də o qədər göndərirəm”.
Sərkisyan: “İmkan verin sözümü deyim də. Siz öz qohumlarınızdan soruşmayın da. Beynəlxalq monitorinqin nəticələri var, siz buna inanın”.
Armen Koloyan adlı erməni mübahisəyə qoşulur: “Cənab prezident, sizin çıxışınızda səsləndirdiyiniz rəqəmlərə görə 2012-ci ildə Ermənistanı 170 min adam tərk edib. Bu isə çox böyük rəqəmdir”.
Sərkisyan ona da əsəbiləşir: “Bura gəlmisiniz və indi narahatsınız? O zaman geri qayıdın, bizim sayımız da çoxalsın. Bizim statistika hələ 2013-cü ilin rəqəmlərini çap etməyib, çap etsinlər, baxarıq”.
Baqrat Arakelyan adlı erməni: “Mən gizlətmirəm ki, bu gün səfirliyin qarşısındakı etiraz aksiyasının təşkilatçılarından biriyəm. Xaricdə yaşayan ermənilərin əksəriyyəti Ermənistanın Gömrük İttifaqına üzvlüyünə qarşıdır. Nəyə görə bu qərarı verəndə diasporun mövqeyini soruşmadınız? Referendum keçirərdiniz”.
Sərkisyan bu ermənini də acılayır: “Siz qəribə adamsınız, gəlmisiniz bura və indi istəyirsiniz Ermənistanın taleyini həll edəsiniz? Qoy bu məsələni Ermənistanda yaşayanlar həll etsin. Mən bir gecədə hamının mövqeyini soruşa bilməzdim. Siz Avropa İttifaqı ilə Assosiasiya sazişini oxumuşunuz? Bilirsiniz ki, orada hansı şərtlər var?”
Arakelyanın cavabı: “Oxumamışam. Ancaq uzun müddət Rusiyada yaşamışam və sonra Avropaya köçmüşəm. Ona görə də müqayisə edə bilirəm”.

Sərkisyan mübahisəni davam etdirir: “Bizim seçimimiz sivilizasiyalı seçim deyil, xalqın iqtisadi maraqlarına cavab verən seçimdir. Biz Avropa ilə sərbəst ticarət razılaşmasına gedib qazın, elektrikin qiymətinin üç dəfə artmasına yol verə bilmərik. Əgər birdən məlum olsa ki bizim konyak Avropa standartlarına cavab vermir, o zaman biz üzüm də yetişdirə bilmərik və s. Siz bunu istəyirsiniz? Tutaq ki, beş nəfər burada toplaşıb nümayiş keçirmişiniz, bununla nə demək istəyirsiniz?! Siz burada oturub bizim necə yaşamağımıza qərar vermək fikrindəsiniz?”

Erməni: “Biz öz mövqeyimizi ifadə edirik”.
Sərkisyan: “Gedin öz mövqeyinizi evinizdə ifadə edin. Mən hələ elə hal bilmirəm ki, prezident bütün arqumentlərini açıqlayıb danışıqlara getsin. Biz hələ Gömrük İttifaqının üzvü deyilik, parlament hələ 150 qanun təsdiq etməlidir. Parlament isə xalqın səsidir”.
Anna Karapetyan adlı erməni: “İnformasiya məkanında biz Azərbaycana uduzuruq. Əgər belə davam etsə, o zaman Artsax əldən gedəcək. Burada Avropa mətbuat mərkəzi qurmaq və Azərbaycana qarşı informasiya məkanında fəal müqavimət göstərmək olmazmı?”

Sərkisyan yenə əsəbiləşir: “Haradan çıxardınız ki, Artsax əlimizdən gedəcək? Əgər belədirsə, nəyə görə Azərbaycan son razılaşmanı imzalamır? Mən başa düşmürəm Avropa mətbuat mərkəzi nə deməkdir. Hesab edirəm ki, bu, bizə lazım deyil. Çünki biz informasiya məkanında Azərbaycana uduzmuruq”.
Arsen adlı biznesmen: “Mən biznesin inhisara alınması haqda danışmaq istəyirəm. Məsələn, nəyə görə ölkəyə şəkər idxalı ilə ancaq bir adam məşğul olmalıdır?”
Sərkisyan: “Siz istəyirsiniz ki, balaca ölkədə şəkər idxalı ilə on adam məşğul olsun?”
Erməni: “Mən nəqliyyat biznesi ilə məşğulam. Deyirlər ki, Ermənistanda bu biznes gəlirli deyil. Əgər o, gəlirli deyilsə, verin mənə, mən onu dirçəldərəm. Mənim təcrübəm var, mən qayda-qanun yaradaram”.
Sərkisyan: “Gəl Ermənistana, biznesini təsdiq et, ondan sonra baxarıq. Problemlərin olsa, mənə müraciət edə bilərsən”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar