Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kəşfiyyat xidmətləri WhatsApp ismarıclarını oxuya bilməlidirlər”


Böyük Britaniyanın daxili işlər naziri Amber Rudd WhatsApp və digər şifrəli mobil mesajlaşma proqramlarına kəşfiyyat xidmətlərinin girişinin olmasının lazım olduğunu söyləyərək "Terrorçuların gizlənəcək yerləri olmamalılıdır" deyib


Ötən həftə Böyük Britaniya parlamenti qarşısında baş verən hadisədən sonra BBC-nin suallarını cavablandıran xanım Rudd bu həftə texnologiya şirkətləri nümayəndələri ilə görüşəcəyini bildirib.

Xalid Məsud parlament binası qarşısında törətdiyi hücum nəticəsində polislər tərəfindən öldürülüb.

Amber Rudd hücumdan iki dəqiqə əvvəl Məsudun WhatsApp-a daxil olmasının müəyyən edildiyini bildirb.

WhatsApp-ın bir nümayəndəsi "hücumdan dəhşətə gəldiklərini" söyləyərək nümayəndələrlə ortaq iş gördüklərini qeyd edib.

"Əvvəllər qanuni yollarla, məhkəmə qərarı ilə birinin nə iş gördüyünü öyrənmək üçün buxarla zərf açılır və ya telefonu dinlənirdi. İndi isə kəşfiyyat xidmətinin WhatsApp ismarıclarına girişi olmalıdır,"- deyə Rudd bildirib.

Leyborist Partiyasının lideri Ceremy Corbin isə nümayəndələrin onsuz da "böyük səlahiyyətləri" olduğunu qeyd edərək "Bilmə haqqıyla məhrəmiyyət haqqı arasında tarazlıq olmalıdır" söyləyib.

WhatsApp-dan göndərilən ismarıclar şifrəli olduğuna görə, kəşfiyyat orqanları və WhatsApp tərəfindən oxunmur.

Bu səbəbdən də Məsudun hücumdan əvvəl hansı ismarıclar yolladığını öyrənməyin mümkün olmadığı bildirlir (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar