Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” tədbiri keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsinin tədbiri 13 yanvar 2017-ci il tarixində Ismayıllı rayonunda həyata keçirilib


Təlimdə şagird – müəllim kollektivi, tələbələr, ictimai fəal gənclər, QHT və KİV nümayəndələri iştirak etdilər. Təlimdə Gənclər Mərkəzi İ.B-nin direktoru  Kənan Qubadzadə çıxış edərək iştirakçıları layihə barədə məlumatlandırdı. Layihənin məqsəd və vəzifələri haqqında ətraflı informasiyalar çatdırdı. Hələ 2011-cü ilin prezident cənab İlham Əliyev tərəfindən “Turizm ili” elan olunması və bu çərçivədə görülən işlər, bu işlərin icrası prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı və digər məsələlərlə bağlı fikirlərini bölüşdü. 

O, bildirdi ki, qeyri-neft sektorunun inkişafı prosesində turiznin inkişaf etdirilməsi ən vacib prioritetlərdəndir.  Çıxış edən ekspertlər kənd turizminin iştirak etdirilməsi, xüsusilə bu prosesdə gənclərin iştirakının təmin olunmasını hər zaman aktual olduğunu və daim diqqətdə saxlandığını söylədilər.

Hər bir işin başında maarifləndirmə və təbliğatın durduğunu qeyd edən ekspert A.Sarıyev  gənclərin bu sahədə rolunun əvəzolunmaz olduğunu bildirdi. İsmayıllının potensial turizm regionu və  bir çox dövlət əhəmiyyətli gənclərlə bağlı tədbirlərin burada keçirildiyini qeyd edən ekspert layihənin reallaşdırılması üçün İsmayıllı rayonunun seçilməsinin bu nöqteyi-nəzərdən təsadüfi olmadığını diqqətə çatdırdı. 

Daha sonra müzakirələr təşkil olundu. İştirakçılrın sualları cavablandırıldı. İsmayıllı gənclərə kənd turizminin təbliği üçün buklet və broşurların paylandı, üzərində Gənclər Fondunun və Gənclər Mərkəzinin loqoları olan cib təqvimləri paylandı. Təlim iştirakçılarına sertifikatlar təqdim olundu.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar