Müğənni Murad Boz jurnalistlərin suallarını cavablandırıb
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, yay planlarından danışıb:
"Yayda filmə çəkiləcəyəm. "Kardeşim benim 2"dən sonra istirahət edəcəyəm".
O, filmdə yeni ayrıldığı sevgilisi Aslı Enverin olub-olmayacağı barədə suallara belə cavab verib:
"Onu bilmirəm, filmin prodüserindən soruşun",
Şayiələrə görə, Aslı "Murad varsa, mən yoxam" dedikdən sonra filmin çəkilişləri təxirə salınmışdı.
Qeyd edək ki, Murad və Aslı "Kardeşim benim"in çəkilişlərində tanış olmuşdular.
pia.az