Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Jirinovski siyasi karyerasını bitirdi”


“Putinin yeni prezidentlik dönəmində Rusiyanın prinsipial mövqeyində heç bir dəyişiklik olmayacaq”


 Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına açıqlamasında Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib.

“Əgər Putin 18 ildir indiki siyasətini israrla davam etdirirsə, niyə onu birdən-birə dəyişməlidir? Bu dəfə o, sonuncu prezidentlik dönəmini yaşayır. Məncə Putinin özü də belə düşünür. Bundan sonra hansısa monarxiya ssenarisi, hansısa dövlət şurasının yaradılması və ya xalq lideri statusunun yaradılması ssenarisinə cəhdlər ola bilər. İnanmıram ki, Putin konstitusiyada kobud dəyişikliklərə getsin. Hazırda əsas məsələ onun özünün şəxsi təhlükəsizliyinin təmin edilməsidir. Bunu necə edəcəyi isə böyük sualdır. Ola bilsin ki, o öz varisini axtarmaq, Qərblə uzlaşmaq və digər vasitələrlə bunu etsin.

Sobçakın bu seçkidə dördüncü yer tutması onun üçün böyük uğurdur. Seçkidə qarşılarına qoyduqları tapşırıqları üç namizəd tam icra edə bildi. Bu, Putin, Qrudinin və Sobçak oldu. Putin qalib gəldi, Qrudinin ikinci yeri tutdu, Sobçak isə dördlükdə qərarlaşdı. Uduzan Vladimir Jirinovski və Qriqori Yavlinski oldu. Bununla da Jirinovski siyasi karyerasını bitirdi. Uduzanlar arasında Aleksey Navalnı da yer aldı. Navalnı aktivliyin aşağı salınması üçün kütləvi kampaniya təşkil edə bilmədi. Nəticədə biz prezident seçkisində rekord aktivlik müşahidə etdik.

Sobçakın siyasi gələcəyi var. Dmitri Qudkovla (eks-deputat – red.) Sobçak partiya yaratdıqdan sonra Qudkov Moskvadakı mer seçkisinə gedəcək. Əgər Navalnı onlara mane olmasa və müxalif kəsimə təsir etməsə, Qudkovun qalib gəlmək şansları böyükdür. Sobçak isə Sankt-Peterburqda mer olmaq üçün yaxşı şanslara sahibdir. O, artıq siyasi arenada mühüm oyunçuya çevrilir” – deyə o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar