Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İstəyirəm ki, tək olum...” - Xalq artisti

Xalq artisti Nəzakət Teymurova solo konsert proqramı ilə çıxış edəcək


Axşam.az-ın məlumatına görə, muğam ifaçısı iyunun 20-də "Yaşıl Teatr" səhnəsində pərəstişkarları ilə görüşəcək. N.Teymurova konserti haqda məlumat verib:

“Repertuarda demək olar ki, heç vaxt ifa etmədiyim mahnılar olacaq. Əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın bəstələri və aşıq mahnılarıdır. Demək olar ki, janrı tamamilə dəyişmişik. 

Səhnədə 15 nəfərlik heyətlə çıxış edəcəyəm. Bu vaxta kimi muğam konsertlərim, kamera orkestrı ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Nostalji mahnıları yeni tərzdə təqdim edəcəyik. Aparıcı barədə isə hələ düşünməmişik. İmicimə gəldikdə isə stilist Elnur Həsənova müraciət etmişəm”.

İfaçı solo konsertlərdə duet ifa edənlər haqda da fikir bildirib:

“Düşünürəm ki, solo konsert sırf səbəbkara aid olan gecədir. Ona görə də istəyirəm ki, tək olum. Bu həm də ifaçının, xanəndənin potensialından asılı olan bir şeydir. Dostlarımız var ki, konsert edirlər və bir çox həmkarlarını toplayır. O zaman konsert verənin üzərinə güc düşmür. Rahat olur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar