Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsmayıllı işi”ndə müttəhimlər ifadə verdi


Təqsirləndirilən şəxslər günahsız olduqlarını və ifadələrinin saxtalaşdırıldığını bəyan etdilər


Dekabrın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının başqan müavini, “Yeni Müsavat”ın köşə yazarı Tofiq Yaqublu, REAL sədri İlqar Məmmədov və digər 16 nəfər İsmayıllı məhbusunun növbəti məhkəmə prosesi keçirildi. Məhkəmə təyin olunduğu vaxtda, yəni saat 11:00-da başlandı. Məhkəmədə Almaniya səfirliyinin nümayəndəsi Frederik Hanker, məhbusların ailə üzvləri və Müsavat Partiyasının nümayəndələri də iştirak edirdi.

Hakim Rəşid Hüseynov məhbusların dindirilmə prosesinin başlandığını elan edərək, ilk dindirilməyə icra başçısının evini yandırmağa qoymayan, iğtişaşı sakitləşdirməyə cəhd göstərdiyini bildirən Səttar Ağamalıyev dəvət etdi. Dindirilmə zamanı S.Ağamalıyev saxlandığı müddət ərzində cəmi 2 müstəntiq üzü gördüyünü dedi. Həmçinin S.Ağamalıyev hadisə zamanı polislərin hadisəni sakitləşdirmək imkanı olduğunu, lakin bunu etmədiyini bildirdi.

S.Ağamalıyev dövlət ittihamçısının suallarına cavab verərkən hadisə baş verən gün rayondan kənarda restoranda olduğunu dedi: “Rayonda dava düşdüyünü, camaatın ”Çıraq"  hotelin qabağına yığışdığını eşitdik. Mənim də hoteli işlədən Emil Şəmdinovla yaxşı münasibətim olub. Dedilər, Emil dava edir, ara qarışıb. Mən ora Emilə görə getmişəm".

Dövlət ittihamçısının “Emil Şəmdilov və Elməddin Məmmədov tərəfindən camaata qarşı hansısa söyüş, təhqir işlədilibmi” sualına S.Ağamalıyev “yox” deyə cavab verdi: “İsmayıllıda bir tələb vardı, əxlaqsızlıq yuvası olan bu hotelin bağlanması. Polislər istəsəydilər iğtişaşları sakitləşdirə bilərdilər. Ən azından söz verə bilərdilər ki, yaxşı, hoteli bağlayacağıq. O zaman camaat sakitləşə bilərdi. Mən ora əhalini sakitləşdirmək üçün getmişəm. Mənim sözüm sayılır”.

S.Ağamalıyev rayonda hörmət sahibi olduğunu və sözünün eşidildiyini bildirdi: “İcra başçısının evini yanmağa qoymadıq. O da minnətdarlıq bildirdi. Sonra İsmayıllının deputatı Novruz Aslanla görüşdüm. O da əhalinin sakitləşdirilməsində kömək etdiyim üçün təşəkkürünü bildirdi”.

Dövlət ittihamçısının “əgər nüfuzunuz vardısa, niyə iğtişaşları yatırmadınız” sualı məhkəmə zalında gülüş doğurdu.  Bu zaman S. Ağamalıyev təklif etdi ki, bura Quran kitabı gətirilsin və hər kəs ona əl basaraq ifadə versin.

Vəkil Akif Əliyevin S.Ağamalıyevə “nədə ittiham olunduğunu bilirsənmi” sualına o, “yox” cavabını verdi.

Daha sonra ona T.Yaqublunun vəkili Nemət Kərimli sual verdi. O, 23-24 yanvar hadisələrinin Bakıdan, hansısa siyasi partiya tərəfindən idarə edilib-edilmədiyini  soruşdu. S.Ağamalıyev də belə bir söhbətin olmadığını və T. Yaqublu, İ. Məmmədovu əvvəllər tanımadığını bildirdi.

Sonda hakim S.Ağamalıyevin yazdığı ilkin ifadələri oxudu. Hakim ifadələri oxuyan zaman S.Ağamalıyev bu ifadədən xəbərsiz olduğunu bildirdi: “O ifadəni mənim adımdan yazıblar. Mən heç latın qrafikasında oxumağı bilmirəm. Dövlət tərəfindən təyin olunan vəkil mənə layiqli yardım göstərməyib. İlk sorğuda isə ümumiyyətlə vəkil olmayıb”.

Vəkil Xalid Bağırov müttəhimə sual verdikdən sonra bildirdi ki, dövlət tərəfindən verilən vəkil dindirilmə zamanı keyfiyyətli yardım göstərməyib, onun haqqında ölçü götürülməlidir.

Daha sonra İsmayıllı hadisələrində təqsirləndirilən Anar Həsənov dindirildi: “Deyirlər ki, guya mən telefonla zəng edib hotelin qabağına adamlar yığmışam. Mən idmançıyam. Olimpiya Kompleksində müəllim işləyirəm. Həmin gün məşqdə olmuşam. Daha sonra Qəmbərlə çay içməyə getdim. Hadisələr zamanı yolda gedərkən Emilin maşınını gördüm. Emil Şəmdiyevi tanıdığım üçün maşını saxladım. Emil söyüş söyürdü. Onu sakitləşdirmək istədim. Bu vaxt tanımadığım adamlar mənə əl-qol atmağa başladılar... Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədov gəlib dedi ki, sizi söyənlər cəzalandırılacaq, o, əhaliyə dedi ki, sözünü dinləsinlər”.

Müttəhim istintaq zamanı ifadəsinin düzgün yazılmadığını bildirdi...

İfadə verən digər müttəhimlər də günahsız olduqlarını, ifadələrinin saxtalaşdırıldığını dedilər.

Məhkəmə fasiləsi zamanı artıq 1il 6 ay həbs cəzası verilən Emil Şəmdiyevlə də danışmaq imkanı əldə etdik. O, barəsində kəsilən hökmlə bağlı apelyasiyaya şikayəti verdiyini bildirdi: “Bir yumruğa görə mənə 1 il 6 ay həbs cəzası veriblər. İstəyirəm ki, ilk məhkumluğumun olmasını, 1 yaşlı övladım olduğunu və qəzanın xəsarətlərini ödədiyimi nəzərə alsınlar. Dekabrın 24-də apelyasiya məhkəməsi olacaq. Məni mətbuatda məmur övladı, qohumu kimi təqdim edirlər. Mən heç bir məmurun qohumu və ya oğlu deyiləm”.
Saxlanma şəraitlərindən danışan İsmayıllı məhkumları Gəncədə bərbad bir şəraitdə saxlandıqlarını dedilər: “4 nəfərlik yerə 20 nəfəri qoyurlar. Yatmağa yer yoxdur. Növbə ilə yatırıq. 15 gündən bir 10 manat pul verməsək, bizi çimməyə aparmırlar. Verdikləri yeməklər isə bərbaddır. Qurdlu, çürümüş kartof verirlər”.

Növbəti məhkəmə prosesi dekabrın 24-ü saat 11:00-da keçiriləcək.(musavat)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar