Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsmayıllı işi”ndə maraqlı gəlişmə


Hakim idarə müdirinin məhkəməyə məcburi gətirilməsi haqda qərar qəbul etdi


Sentyabrın 17-də Şəki Apelyasiya məhkəməsində “İsmayıllı işi” məhkəməsinin apelyasiya şikayəti üzrə növbəti prosesi keçirilib. 

Məhkəmə hakimin vəkillərin mantiya geyinməsini təqdirəlayiq sayması ilə başladı. Sonra ötən məhkəmə iclasında baxılmamış vəsatətlərə yenidən baxdı. Hakim adı işdə şahid kimi keçən İsmayıllı Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Əliağa  Bədəlovun xəstə olduğu üçün məhkəməyə gələ bilmədiyini bildirdi. Müttəhim Anar Həsənli isə replika verərək “necə xəstədir ki, hər gün işə gedir” dedi. Vəkillər təklif etdilər ki, Ə.Bədəlova zəng edib onu prosesə çağırsınlar. 

Bu zaman Tofiq Yaqublu “Xoşqədəmi çağırın onu gətirsin” replikası verdi. Müttəhimlərin və onların vəkillərinin israrlarından sonra hakim Əliağa Bədəlovun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul etdi.

İsmayıllı məhbusu Şükran Möhübəliyev İsmayıllı Polis İdarəsinin rəisi Nizami Qocayevin də prosesə gətirilməsi ilə bağlı vəsatət verdi. Dövlət ittihamçısı isə onun gəlməyinin nəyi dəyişəcəyini bildirdi. Şükran “imkan verin gəlsin, bəlkə sizin xeyrinizə danışacaq” - dedi. 

Hakim müttəhim Vasif İbrahimovun ANS telekanalının işçilərinin şahid kimi məhkəməyə gətirilmələri ilə bağlı vəsatətini təmin etdi. 

Prosesdə həmçinin işlə bağlı video çəkilişlər nümayiş olundu. Obyekriv tv-nin İsmayıllı hadisələri ilə bağlı çəkdiyi süjetə baxıldı. Bu zaman süjetlə Tofiq Yaqublunun verdiyi ifadələrin ilə üst-üstə düşdüyü aydın göründü.

Tofiq Yaqublu: 

- Axı siz nə istəyirsiniz? 26 cild niyə yalan yazırsınız?

İlqar Məmmədov hakimdən söz istəyərək dedi: 

- Birinci instansiya məhkəməsinin 135 gündə 17 məhkəmə prosesi oldu və bu müddət ərzində hökm də oxundu, ancaq 117 gündə apelyasiya məhkəməsi hələ də bitməyib. 

Proses sentyabrın 18-də davam edəcək.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar