Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsmayıllı işi” üzrə hökm sentyabrın 24-də oxunacaq


Cümə axşamı Şəki Apellyasiya Məhkəməsində 23-24 yanvar 2014-cü il İsmayıllı iğtişaşları haqqında iş üzrə proses davam edib


İclasda hakim təhqiqatın yekunlaşdığını elan edib və tərəflərə yekun çıxış üçün söz verib.

Dövlət ittihamçısı məhkəmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamağı xahiş edib.

Öz növbəsində təqsirləndirilən şəxslərin vəkilləri və təqsirləndirilən şəxslər özləri məhkəmdən bəraət hökmü verilməsini istəyiblər.

İlqar Məmmədov qısa çıxışında bildirib ki, o, təkcə Azərbaycan vətəndaşı deyil, həm də avropalıdır və Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə son sözü deyəcək.

Təqsirləndirilən Şükran Mehbalıyev qeyd edib ki, həbsindən bir neçə ay sonra ona qarşı 220.1-ci (kütləvi iğtişaşların təşkili və ya onlarda iştirak) maddə ilə ittiham irəli sürüldükdə müstəntiq ona deyib ki, bu, iki müxalifətçiyə (İlqar Məmmədov və Tofiq Yaqublu) edilir.

“Biz təqsirsiz olduğumuzu sübut etmək üçün nə etməli olduğumuzu bilirik. Hətta faşist Almaniyasında belə təqsirləndirilən şəxslərin öz təqsirsizliyini sübut etməyə müvəffəq olduğu hallar olub”, deyə Yaqublu qeyd edib.

Hakim hökmün elan edilməsini sentyabrın 24-nə təyin edib. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar