Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İslam Oyunlarına hazırlıq dünya standartlarının üzərindədir”


PİA.AZ Türkiyə Milli Olimpiya Komitəsinin sədri, professor Uğur Erdenerin APA-ya müsahibəsini təqdim edir


- Sizinlə 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarına hazırlıqları dəyərləndirmişdik. İslam Həmrəyliyi Oyunlarına hazırlığın gedişini necə dəyərləndirirsiniz?
 
- Yüksək səviyyədə beynəlxalq müsabiqələri təşkil etmək sahəsində Azərbaycan çox böyük təcrübəsi var. Hazırlıqların gedişi barədə aldığım məlumatlara əsasən deyə bilərəm ki, Azərbaycan bu dəfə də öz zəngin təcrübəsindən istifadə edərək mövcud olan standartların üzərində bir  müsabiqə keçirəcək. Bakının bu sahədəki təcrübəsinin hamıya örnək ola biləcəyinə inanıram. İslam Oyunlarının  beynəlxalq idmana böyük töhfə verəcəyini düşünürəm.
 
- Azərbaycandakı beynəlxalq müsabiqələri təşkil edən qurumların rəhbərləri ilə yaxın əlaqələriniz olduğunu bilirik. Hazırlıqların gedişini onlarla bir yerdə izləmə imkanınız oldumu?
 
- Təəssüf ki, bu dəfə mənim getməyə vaxtım olmadı. Baş katibimiz Nəşə xanım Bakı ilə daima əlaqədədir, hazırlıqları izləmək üçün Bakıya da gedib. Mənə verilən mütəmadi məlumatlardan İslam Oyunlarına hazırlıqların çox yüksək səviyyədə aparıldığını görürəm.
 
- Bakıdan sonra İslam Oyunlarının İstanbulda keçirilməsi nəzərdə tutulub. Siz hazırlıqlara nə vaxt başlayacaqsınız? Azərbaycanla təcrübə mübadiləsi edəcəksinizmi?
 
- İndidən bu barədə danışmaq tezdir. Mən indi vaxtımın çoxunu xaricdə keçirirəm. Hal-hazırda Lozandayam, buradan Parisə, oradan isə Los-Angelesə gedəcəyəm. 2024-cü il olimpiadalarının bizdə keçirilməsi üçün təşəbbüslərimiz və çalışmalarımız davam edir. İndiki vəziyyətdə biz 2024-cü il olimpiadalarını Türkiyədə keçirməyi ən vacib vəzifəmiz sayırıq. İslam Oyunlarına hazırlıqların vaxtı gələndə təbii ki, qardaş Azərbaycanla təcrübələrimizi bölüşərək birgə işlər görəcəyik.
 
- Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edərkən bu oyunların islamofobiyaya veriləcək ən yaxşı cavablardan biri olduğunu bildirdi. Siz necə düşünürsünüz?
 
- Hörmətli prezident Əliyevin sözlərini mən də dəstəkləyirəm. İdmanın bütün növləri kimi, İslam Oyunları da mədəniyyətlər arasındakı dialoqun güclənməsinə yol açmalı və istər etnik istərsə də dini zəmində yaranmış konfliktlərin aradan qaldırılmasına kömək etməlidir. Bakıda keçiriləcək İslam Oyunlarının da bu sahədə çox yaxşı örnək olacağına inanıram.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar