Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İşsizlikdən sığorta haqqında” qanun layihəsi işsizlərə necə təsir edəcək?


Sosioloq: “Sığorta fondunun yaradılması işsizliyin aradan qalxmasına səbəb olacaq”


“İşsiz əhalinin qeydiyyata alınması olduqca vacibdir. Dövlət hər bir vətəndaşını işlə təmin etmək üçün şərait yaratmalıdır”.

Bu sözləri sosioloq Cavid İmamoğlu Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib:

Azərbaycanda bir çox vətəndaşlar işsiz olsalar da, işsizlik müavinəti almır. Lakin bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirdiyi iclasda “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi  müzakirə olunub  və işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacağı bildirilib. 4 fəsil, 26 maddədən ibarət olan yeni qanunlayihəsinin əsas məqsədi vətəndaşın iş yerini itirdiyi andan yeni iş yeri tapanadək olan müddətdə itirdiyi gəlirlərinin tam və ya qismən kompensasiya olunması, eyni zamanda, onun yenidən əmək bazarına qaytarılmasına kömək etməkdən ibarətdir. Bəs görəsən bu fondun yaradılması işsizlik səviyyəsinin daha da artmasına səbəb ola bilərmi? Ümumiyyətlə, işsizlərə müavinət verilməsi hansı şərtlərlə həyata keçirilməlidir? Və hesab etmək olarmı, bu cür addım atmaqdansa, işyerlərinin açılması daha məqsədəuyğundur?

Mövzu il bağlı PİA.AZ-ın əməkdaşı  sosioloq Cavid İmamoğlunun fikirlərini öyrənib.

Картинки по запросу cavid imamoğlu
Cavid İmamoğlu: “Sığorta fondunun yaradılması indiki halda vətəndaşın rifahının yaxşılaşdırılmasına yönəlib”.


Yeni qanun layihəsinin işsizlik səviyyəsini aşağı salacağını ehtimal edən sosioloq Cavid İmamoğluna görə, bu addım işsizliyin aradan qaldırılmasına səbəb ola bilər:

“İşsizlərə müavinatların verilməsi praktikası dünyanın əksər inkişaf etmiş ölkələrində var. Azərbaycanda da hazırda dövlətin məşğulluq xidməti mərkəzlərində qeydiyyata düşmüş şəxslər üçün işsizliyə dair müavinətlər verilir.  Sığorta fondunun yaradılması əksinə işsizliyin aradan qalxmasına səbəb olacaq. Çünki,belə olduğu təqdirdə bütün diqqət daha çox iş yerinin açılmasına yönələcək ki, işsiz sayı azalsın. Ümumiyyətlə, işsiz əhalinin qeydiyyata alınması olduqca vacibdir. Dövlət hər bir vətəndaşını işlə təmin etmək üçün şərait yaratmalıdır. 

Bu şəraitin yaradılması, ilk növbədə, mövcud iş yerləri və işə ehtiyacı olan insanların statistikasının düzgün aparılmasından başlayır. Fərdin özünü aktuallaşdırması üçün məşğulluq son dərəcə vacib faktordur. Əgər işsizlik dövlətin sosial müşaəti ilə müşahidə olunmazsa, bu, vətəndaş üçün dözülməz olar. Odurki, sığorta fondunun yaradılması indiki halda vətəndaşın rifahının yaxşılaşdırılmasına yönəlib”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar