Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İşimizə mane olanlar Müsavatdan uzaqlaşdırıla bilərlər”


“Qurultaydan sonra Müsavat Partiyasının Məclisində verilən bəyanat təkcə Qubad İbadoğlu, Səxavət Əlisoy və Vurğun Əyyub üçün nəzərdə tutulmayıb. Bu bəyanat sırf işə mane olmaq, Müsavatdakı problemlərin həllinə maneçilik törətmək istəyənlər üçündür”


Bunu açıqlamasında Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıxlı deyib.

O, kiminsə Müsavat Partiyasından uzaqlaşdırılacağını da istisna etməyib:

 “Əgər kimsə ümumi fəaliyyətimizə mane olursa, kim qarşımıza sədd çəkirsə, əlbəttə, onu uzaqlaşdırmalıyıq. Bunun başqa yolu,  başqa çarəsi yoxdur. Müsavat demokratik plüralizmi dəstəkləyən, ona riayət edən partiyadır. Müxtəlif fikirliliyi qəbul edirik. Hətta onlara dəstək də veririk ki, Müsavatdakı demokratiya göstəricisi cəmiyyətdə görünsün. Bu, bir az da qərəzsiz olmalıdır. Əgər qərəz varsa, kimsə sənin işinə mane olursa, təbii ki, ondan uzaqlaşmaq haqqında düşünməlisən. Bu o demək deyil ki, kimsə partiyada işləmək istəmir və  onu partiyadan uzaqlaşdıracağıq. Cəzanın üsulları var. İndi artıq partiyanın Divanı da formalaşıb. Yəqin ki, qərarlarla kim hansı cəzaya layiq görülərsə, onu da alacaq”.

Qeyd edək ki, Müsavat Məclisi partiyanın qurultayında keçirilən başqanlıq seçkisinə kəskin etiraz edənlərə qarşı bəyanat verib. Bəyanatda bildirilib ki,  etiraz edənlərin hərəkəti partiyanın ali orqanı olan qurultayın qərarlarına hörmətsizlikdir.

Qurultayın qərarlarına etiraz edənlər başqanlığa keçmiş namizədlər Qubad İbadoğlu və Səxavət Əlisoydur. Hətta Səxavət Əlisoy Modern.az saytına açıqlamasında Müsavat Məclisinin bəyanatına əhəmiyyət vermədiyini bildirib.

Qubad İbadoğlunun tərəfdarı olan Vurğun Əyyub da Arif Hacılının başqan olmasına qarşı olanlardandır. (modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar