Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İşğalçı Azərbaycana müharibədən başqa yol qoymayıb”


Natiq Miri: “Ən azı 2018-ci ilin martınadək Rusiya üçün Qarabağ probleminin həlli gündəmdə və prioritet deyil...”


Bu gün Azərbaycan prezidenti İlham ƏliyevErmənistan prezidenti Serj Sərkisyanın uzun müddətdən sonra Cenevrədə görüşü olacaq. 

Məlumatlara görə, bu dəfə əsas təşəbbbüs ABŞ-dan gəlib. Bəs, uzun müddətdir danışıqların dalana dirəndiyi vaxtda bu görüş danışıqlar prosesinin yenidən aktiv fazaya keçməsinə səbəb ola bilərmi? İndiki zamanda keçirilən görüşdən nə gözlənilir?

Politoloq Natiq Miri bildirdi ki, Ermənistan mövcud status-kvonun qalmasında maraqlıdır və konstruktiv mövqedən uzaqdır. Ona görə də bu dəfə də görüşün ciddi siyasi nəticələrinin olmasını gözləmək özünü aldatmaqdan başqa bir şey deyil: “Nəzərə alınmalıdır ki, gələn ilin martında Rusiyada prezident seçkiləridir və bu seçki ərəfəsində ABŞ-ın Kreml siyasətçilərinin ciddi şəkildə başını ağrıdacağı gerçəkdir. Rusiya rəhbərliyi buna görə də əsas diqqətini seçki prosesinə və Putin hakimiyyətinə qarşı gələ biləcək və getdikcə toparlanan demokratik cəbhənin zərərsizləşdirilməsinə yönəldəcək. 

Bu baxımdan ən azından 2018-ci ilin mart ayına qədər Rusiya üçün Qarabağ probleminin həlli gündəmdə və prioritet deyil. Deməli, Moskva da bu görüşün ciddi nəticələrinin olmasında maraqlı deyil.  Bundan başqa, Yaxın Şərqdə və Avropada bir-birinə zidd proseslər gedir ki, bu yöndə də qeyri-müəyyənlik hökm sürür. Avropada separatizmin çiçəklənməsində Rusiya maraqlıdırsa, Suriyada Əsəd dövlətinin bütünlüyündən yanadır. Bu kontekstdə Avropada çiçəklənən separatizm dalğası Avroatlantik məkanın artıq bu cür münaqişələrdə ölkələrin ərazi bütünlüyündən yana olmaları məcburiyyəti yaradıb. Belə bir vəziyyət isə, təbii ki, Ermənistanhavadarı Rusiyanın maraqlarına uyğun gəlmir. Məhz buna görə də prezidentlərin görüşündən ciddi siyasi nəticə gözləmək doğru deyil. Sadəcə, əsas predmətlər üzrə danışıqlar olacaq ki, burada da Dağlıq Qarabağ ətrafı bir neçə rayonun geri qaytarılması nəzərdə tutulur. Bu barədə Rusiya siyasi elitasında da ictimai fikrə 5 rayonun qaytarılması kimi düşüncələr təlqin olundu. Ancaq bundan uzağa gedən nəticələr çıxarmaq doğru deyil. Çünki 5 rayonun müqabilində ictimai fikrə paralel bir fikir də təlqin olundu ki, Qarabağ probleminin həlli yalnız Azərbaycanın Avrasiya İttifaqına üzv olmasından keçir. Bu, məsəlinin bir tərəfidir”.


Politoloqa görə, məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, əgər Ermənistan rəhbərliyi 5 rayonun qaytarılmasına razılıq verəcəksə, təbii ki, bunun müqabilində konkret şərt qoyacaq ki, bu da Qarabağın statusu ilə bağlı olacaq: “Məhz bu məqam çox təhlükəlidir. Müvəqqəti olmuş olsa belə, Qarabağa status verilmiş olsa, bu faktın özünün Sərkisyan hakimiyyəti beynəlxalq səviyyədə tanınması və təsdiq olunmasını istəyəcək. Bu isə gələcəkdə son statusu müstəqilliklə nəticələnəcək referenduma gətirəcək. Ayrıca 5 rayonu qaytarmaqla yenə də geri qayıdan əhalimizin təhlükəsizliyi məsələsində risk amilləri mövcud olacaq. Çünki bütün yüksəklikləri, Laçın və Kərbəcəri Ermənistan özündə saxlamaqla Qarabağa nəzarəti yenə də əlində saxlayacaq. Bu isə sağalmaz yaradır ki, istənilən zaman Ermənistan Rusiyanın təhriki ilə yaranı qanada biləcək”.

O ki qaldı ABŞ-a, ekspert dedi ki, bu görüşü yeni həmsədrin fəaliyyətə başlaması ilə əlaqələndirmək olar: “Çünki yeni həmsədrin nə deməsinə baxmayaraq hələ də Qarabağ problemi ABŞ xarici siyasətində prioritet təşkil etmir. ABŞ nəinki Qarabağ problemi ilə məşğul olmaq, hətta onlar üçün prioritet mövzu olan Yaxın Şərqdə belə istədiklərinə nail ola bilmədiyi üçün daha bu yöndə enerji sərf edəcəkləri bəllidir. Bəs onda nə olacaq? Bir şey gerçəkdir ki, ABŞRusiya Cənubi Qafqazda yeni bir regional savaşın çıxmasında maraqlı deyillər. Hələlik bu iki dünya gücünü ortaq fikirdə birləşdirən məhz bu amildir. Ona görə də tərəfləri danışıqlar masasında növbəti dəfə məşğul edəcəklər ki, ən azından yeni bir savaş çıxmasın. Çünki Ermənistan Azərbaycana müharibədən başqa bir alternativ qoymadığı üçün vəziyyətin nə qədər həssas bir durumda olduğunun fərqindədirlər. 

Ona görə də prezidentlərin görüşünün bütün konturlarının Sərkisyanın Soçidə Putinlə son görüşündə cızıldığını düşünürəm. Və danışıqlar prosesi də məhz bu çərçivədə gedəcək və sonda heç bir nəticə olmayacaq. Əslində hansısa dəyişikliyin olması üçün tərəflər arasında hər hansı bir diametral yaxınlaşma da yoxdur. Ayrıca Sərkisyanın BMT-dəki son çıxışını xatırlayın. Bütün dünyanın gözünün içinə baxaraq Qarabağın müstəqillikdən başqa alternativinin olmadığını və bu yöndə heç bir güzəştin olmayacağıbı bəyan etdi. O baxımdan Sərkisyan prezident kimi bütün məsuliyyət onda ikən niyə güzəştlərə getməklə özünü birdəfəlik yandırmalıdır? Artıq Ermənistanda yeni bir sistem fəaliyyətə başlayacaq və burada bütün strateji məsələlər bir nəfərin deyil, parlament kimi kollektiv məsuliyyəti illə həll olunacaq. Ona qədər də Sərkisyan prezident olaraq rayonları qaytarmaq kimi məsuliyyəti gələn ilə qədər təkcə üzərinə götürməyəcək. Bu isə həm Sərkisyana, həm Rusiyaya sərf edir. Ən azından gələnilki seçkilərədək”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar