Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsa Qəmbərin müalicəsi başa çatıb“


Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin müalicəsi başa çatıb, hazırda özünü yaxşı hiss edir


Müsavat Partiyasının başqanı Arif Hacılı “Report”a açıqlamasında deyib ki, hazırda İsa Qəmbərin səhhətində hər hansı fəsadlar mövcud deyil.

O bildirib ki, İ.Qəmbər növbəti həftə tam fəaliyyətə başlayacaq: “Özünü yaxşı hiss edir. Həkimlərin dediyinə görə, indi xüsusi müayinə və müalicə kurslarına ehtiyac yoxdur”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub. O, fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. 

Daha sonra isə İ.Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasına yerləşdirilib. O, “Hacettepe” xəstəxanasından martın 14-də buraxılıb və Bakıya qayıdıb. İ.Qəmbər müalicəsini davam etdirmək üçün aprelin 4-də Almaniyaya gedib. Almaniyada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı Bakıya mayın 6-da dönüb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar